Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin öz generallarına etibar eləmir: "Plan alınmır"
Putin öz generallarına etibar eləmir: "Plan alınmır"

Rusiya prezidenti Vladimir Putin bir-birinin ardınca Ukraynadakı generallarını xidmətdən kənarlaşdırır. Dövlət başçısı onlara açıq-aşkar güvənmir. Sanki generallar prezidentin gözləntilərini doğrultmur.

Bizimyol.info xəbər verir ki, hərbi tarixçi Roman Ponomarenko bunu məqsədə çata bilməməklə bağlayır. Aydın məsələdir, Putinin gözləntiləri başqa idi. Kremlin rəhbəri uzağı bir həftəyə Kiyevin ələ keçiriləcəyini düşünürdü. İndi isə kiçik yaşayış məntəqələrinin işğalı üçün minlərlə əsgəri qurban vermək lazım gəlir. Bu isə Putinin ürəyincə deyil. Ponomarenko məhz bu məqamı qabardır.

“Rusiyaya uzun müharibə sərf etmir. Kreml məsələnin mümkün qədər tez yekunlaşmasını istərdi. Məsələn, Putin “müharibə” sözündən istifadə etmir, o, “xüsusi əməliyyat” ifadəsinə üstünlük verir. Həmişə qeyd edir ki, səfərbərlik etmək fikrində deyil. Putin az qanla və maksimum sürətlə vəzifənin öhdəsindən gəlmək istəyir. Buna görə də həmin nəticəni ala biləcəyi adamı tapmaq üçün hərbi rəhbərləri bir-bir dəyişir”.

Ekspertlər Putin üçün insan həyatının dəyəri olmamasını ayrıca qeyd edir. Buna baxmayaraq, Ponomarenko Kreml rəhbərinin səfərbərlik variantından uzaq dayanmaq istəyini deməkdə haqlıdır. Putin ölkədə böyük narazılıq dalğası yaranmasından çəkinir. Buna görə də döyüşlərə əsasən bölgələrdən, özü də milliyəti rus olmayanlar aparılır. Ukraynada həlak olan hərbçilərin nəzərəçarpan hissəsinin Buryatiya və Dağıstandan olması təsadüfi deyil.

“Əlbəttə, bizdə dəqiq məlumatlar yoxdur. Ordu rəhbərliyi şəffaflıqdan qaçır. Amma hiss olunan odur ki, kadr dəyişiklikləri işə yaramır. Ukrayna torpaqlarının sürətlə ələ keçirilməsi planı alınmır”.

Rusiyanın Ukraynada təxminən 37 min hərbçisi həyatını itirib. Məhv olmuş tankların sayı 1600-ü keçib. 812 artilleriya sisteminin, 217 təyyarənin, 187 vertolyotun, 15 gəmi və ya katerin, azı 65 xüsusi texnikanın sıradan çıxdığı bildirilir. Aylardır danışıqlar prosesi getmir. Tərəflər daha çox döyüş meydanında üstünlük qazanmağa çalışır.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »