Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya məğlub olacaq, məsələ zamanda və məğlubiyyətin qiymətindədir”
“Rusiya məğlub olacaq, məsələ zamanda və məğlubiyyətin qiymətindədir”

Rusiya tarixinin ən qarışıq dövrlərindən birini yaşayır. İndi hətta ölkənin gələcəyi də qaranlıq görünür. Rusiya Ukraynada məğlub olsa, dağıla bilər, hissələrə parçalanar. Bu taleyi yaşamamaq üçün dəyişikliyə ehtiyac var. Sanki məğlubiyyət gəlməsə, dəyişiklik də olmayacaq.

Bizimyol.info xəbər verir ki, amerikalı tarixçi Yuri Felştinski növbəti müsahibəsində təxminən belə fikir deyib. O, Rusiyanın yaxşılığa doğru dəyişməsi üçün Ukraynaya uduzmasına çox ehtiyac olduğuna inanır.

“Bir çox mütəxəssislər əmin idi ki, Putin böyük müharibəyə qol qoymayacaq. Mən bircə onunla razılaşırdım ki, Rusiya uduzacağına görə Putin döyüşməz. Onun problemi Ukrayna deyil. Putin, sadəcə, göstərmək istəyirdi ki, tabe olmayan əraziləri Yer üzündən silməyə hazırdır. Buna görə də Ukraynada böyük vəhşilik görürük. Rusiya ordusunun rəhbərliyi bütün dünyanı qorxutmaq istəyir. Putinin ölən rusiyalı hərbçilər heç vecinə də deyil. Dünya ictimaiyyəti isə müharibənin Rusiya və Ukrayna arasındakı problemə görə alovlanacağı halda susacaqdı. Başa düşdülər ki, Rusiya ordusu sərhədləri aşa bilər”.

Felştinski inanır ki, Putin Ukraynada uğur qazansa, Moldovanı işğal etməyə çalışacaq. Onun fikrincə, Kişinyov Kiyev qədər möhkəm dayana bilməyəcək.

“Bunun baş verməməsi üçün NATO Ukrayna müharibəsinə qoşulmalıdır. Başa düşmək lazımdır ki, Putin heç nəyi NATO-nun acığına etmir. O, sadəcə, sərhədləri genişləndirməyə çalışır. Məsələ NATO ilə konfrontasiya olsaydı, İsveçin və Finlandiyanın üzvlük məsələsində Moskvanın sərt addımlarını görərdik. Ukraynada döyüşlər Üçüncü Dünya Müharibəsinə çevrilməmiş dayandırılmalıdır”.

Felştinski müsahibənin sonunda daha maraqlı fikirlər səsləndirib. Tarixçi düşünür ki, 2000-ci ildə hakimiyyətə təkcə Putin yox, Federal Təhlükəsizlik Xidmətinin bir dəstə nümayəndəsi gəlib. Zamanla Putin daha önə çıxıb. Bütün baş verənlərdə xidmətin nümayəndələri ilə yanaşı, Rusiya xalqı da günahkardır. Amma məğlubiyyət onları dəyişə bilər. “Rusiya mütləq məğlub olacaq. Məsələ indi zamanda və məğlubiyyətin qiymətindədir”.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »