Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko Nazarbayevlə postsovet məkanındakı vəziyyəti müzakirə edib
Lukaşenko Nazarbayevlə postsovet məkanındakı vəziyyəti müzakirə edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib.

“Report” xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidmət məlumat yayıb.

Məlumata görə, Aleksandr Lukaşenko Nursultan Nazarbayevi ad günü münasibət ilə təbrik edib. Tərəflər postsovet məkanındakı vəziyyətdən də danışıblar.

Qeyd edək ki, Nursultan Nazarbayev 1940-cı il iyulun 6-da Qazaxıstanın Almatı vilayətinin Kaskelen rayonunun Çemolqan kəndində anadan olub. O, 1989-2019-cu illərdə Qazaxıstanın Prezidenti olub.

Son xəbərlər
Bütün xəbərlər »