Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə terroçuların verilməsi üçün İsveç və Finlandiyaya məktub göndərib
Türkiyə terroçuların verilməsi üçün İsveç və Finlandiyaya məktub göndərib

Türkiyə ədliyyə naziri Bekir Bozdağ İsveç və Finlandiyaya PKK və FETÖ terrorçularının ekstradisiyasına dair tələbləri xatırladan məktub göndərildiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, nazir Bozdağ qatıldığı bir televiziya kanalında İsveç və Finlandiya ilə imzalanan müqavilə ilə əlaqədar açıqlama verib. Bozdağ bildirib ki, anlaşma memorandumu çərçivəsində ekstradisiyası tələb olunan terrorçularla bağlı bu ölkələrə məktub göndərilib.

Nazir Bozdağ əvvəlki açıqlamalarında Finlandiyada 6 PKK üzvü və 6 FETÖ, İsveçdə 10 FETÖ və 11 PKK terrorçusunun dosyelərinin müvafiq ölkələrin Ədliyyə Nazirliyində saxlandığını xatırladıb. O, terrorçuların ekstradisiyası ilə bağlı müraciətlərin Xarici İşlər Nazirliyinə göndərildiyini və bu sənədlərdə konkret sübutların olduğunu vurğulayıb.

Xatırladaq ki, Türkiyə, İsveç və Finlandiya arasında Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu, həmçinin Finlandiya prezidenti Niinistö və İsveçin baş naziri Anderssonun iştirakı ilə Üçlü Memorandum imzalanıb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »