Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin yeni qorxusu: Özbəkistanda nə baş verir?...
Putinin yeni qorxusu: Özbəkistanda nə baş verir?...

Rusiya ordusu Ukraynada böyük başağrısı yaşayır. Müharibənin ilk günlərində ələ keçirilən ərazilərin bir hissəsi itirilib. Xersonun əldən verilməsi ehtimalı böyükdür. Kreml necə davranacağını bilmir. Canlı qüvvə yetərincə deyil. Rusiya hakimiyyəti məcburiyyətdən Qarabağdakı sülhməramlıların bir hissəsini Ukrayna cəbhəsinə cəlb etməli olmuşdu. Özbəkistanda problemlər var, amma Moskva ora qoşun göndərə bilmir.

Bizimyol.info xəbər verir ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv ölkələrində baş verənlərə müdaxilə etməyə alışıb. Qazaxıstandakı hadisələri xatırlamaq kifayətdir. Kreml qoşunları Asiya dövlətində etiraz aksiyaları zamanı dərhal ora özünü yetirmişdi. Amma Özbəkistanda baş verənlərə belə yanaşmaq olmur. Çünki Rusiyanın gücü qalmayıb.

Tanınmış hərbi ekspert Oleq Jdanov düşünür ki, Vladimir Putinin yeni böyük qorxusu Daşkəndin köməyə çağırmaq ehtimalıdır.

“Putin buna görə çox gərgindir. Birdən Özbəkistan kömək istəyər. Niyə hadisələrin belə gedişindən qorxur? Çünki bir əsgər belə göndərə bilmir. O, problemləri hissə-hissə həll etmək istəyir. Şəxsi heyət çatmır. Hətta boş qalan yerləri doldura bilmirlər. Amma Özbəkistan Rusiyaya hərbi kömək üçün müraciət etməyib”.

Jdanov deyir ki, Putinin yeni qorxusu yavaş-yavaş ötüşə bilər. Çünki Özbəkistanda etiraz dalğası yatırılır. Rusiya hakimiyyəti isə onsuz da Ukraynada döyüş meydanına göndərməyə əsgər tapmır.

Özbəkistanın ərazisinin nəzərəçarpan hissəsini tutan Qaraqalpaqıstanda etiraz aksiyaları keçən həftədən başlayıb. Azərbaycandan təxminən iki dəfə böyük olan muxtar respublikada müstəqillik sədaları eşidilməyə başlamışdı. Daşkənd etirazları amansızlıqla yatırdı. İyulun 1-dən nisbətən sakitlik hökm sürür.

Etirazların ilk günlərində baş verənləri Kremlə bağlayırdılar. Bəzi ekspertlər düşünürdü ki, Rusiya Özbəkistanın müstəqil siyasət yürütmək cəhdlərin qarşısını bu yolla alır. Yəni Moskvaya xas şəkildə, daxildə qarışıqlıq yaratmaqla. Amma Oleq Jdanov bu fikirdə deyil. Hərbi ekspert indi Putinin öz hayında olduğunu deyir. Rusiya başqa ölkələrə zaman və qüvvə ayıra bilmir. Ukraynada qələbə qazanılsa, əlbəttə, çox dövlətə problem yaratmaq olar. İndi Kremlin başı özünə qarışıb.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »