Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ən yaxşılar mükafatlandırılacaq
Musiqili Teatr 107-ci mövsümün ən yaxşılarını mükafatlandıracaq

Azərbaycan Dövlət Musiqili Teatrının 107-ci mövsümü yekunlaşmaq üzrədir. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Bizimyol.info saytına bildirib ki, mövsümün başa çatması ilə əlaqədar Musiqili Teatrda mükafatlandırma mərasimi olacaq. Artıq bir neçə ildir ki, kollektivdə yaradıcılıq fəaliyyəti və əməyi ilə seçilən əməkdaşlar mövsümün sonunda mükafatlandırılır.

Tədbirdə “Mövsümün aktrisası”, “Mövsümün aktyoru”, “Mövsümün perspektivli aktyoru”, “Mövsümün perspektivli aktrisası”, “Mövsümün sevilən aktrisası”, “Mövsümün ən məhsuldar aktyoru”, “Bərpa tamaşasında uğurlu rola görə”, “Mövsümün ən işgüzar əməkdaşı”, “Mövsümün debütü - aktrisa”, “Mövsümün debütü - aktyor”, “Mövsümün ən yaxşı balet artisti”, “Mövsümün ən yaxşı xor artisti”, “Mövsümün ən yaxşı musiqiçisi”, “Mövsümün ən yaxşı texniki işçisi” nominasiyaları üzrə qaliblər bəlli olacaq. Mərasimdə həmçinin “Mövsümün ən yaxşı tamaşası” elan olunacaq.

Qaliblərə xüsusi prizlər və mükafatlar veriləcək.

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »