Çin Rusiya ilə əməkdaşlığını bir çox sahələrdə, o cümlədən G20 çərçivəsində dərinləşdirməyə hazırdır. Eyni zamanda dövlət Rusiya ilə strateji koordinasiyanı gücləndirməyi qarşısına məqsəd qoyub.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Çinin xarici işlər nazirinin müavini Ma Çjaoxu Rusiyanın Çindəki səfiri Andrey Denisova deyib. O, müxtəlif sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Xatırladaq ki, G-20 ölkələrinin xarici işlər nazirlərinin İndoneziyada keçirilən görüşündə ABŞ dövlət katibi Entoni Blinken çinli həmkarı Vanq Yi ilə Ukraynadakı müharibə ilə bağlı “səmimi müzakirə” planlaşdırmışdı. Məlumata görə, əsas mövzu Rusiyanın Ukraynaya hücumunun nəticələri olacaqdı.
Kritenbrink əlavə edib ki, Blinkenin Vanqla görüşdə prioriteti ABŞ-ın Pekinlə sıx diplomatiya və iki ölkə arasında sıx rəqabətin məsuliyyətli idarə edilməsinə sadiqliyini vurğulamaq olacaq.
Qeyd edək ki, Çin prezidenti Si Tsinpin bir müddət əvvəl Ukraynadakı müharibənin "bəşəriyyət üçün həyəcan təbili çaldığını" söyləmişdi. Eyni zamanda o, ənənəvi olaraq müharibə sözünü işlətməkdən yayınaraq, onu “böhran” sözü ilə əvəz etmişdi. Qeyd edək ki, Çin işğalın başlanğıcından bəri bitərəflik mövqeyini qoruyub.
Eyni zamanda Rusiyanı tənqid etməkdən və ya onun hərəkətlərini müharibə adlandırmaqdan imtina edir. Həmçinin ABŞ-ın Moskvaya qarşı sanksiyalarını pisləyir.
Xatırladaq ki, bir müddət əvvəl mediada Çin lideri Si Tsinpinin Rusiyaya səfər etməkdən imtina etdiyi barədə məlumat yayılmışdı. Ancaq Kreml bu xəbəri təkzib etmişdi.
Qeyd edək ki, Çin Rusiyaya hər hansı şəkildə dəstək verməkdən çəkinir. Çinin iqtisadiyyatı ABŞ, Avropa və Yaponiyadan çox asılı olduğuna görə sanksiyalardan ehtiyatlanır. Çində bir çox istehsal sahələri məhz ABŞ, Avropa və Yaponiyadan gələn detallar üzərində qurulub. Üstəlik Çin məhsullarının ən böyük bazarı da elə adıçəkilən regionlardır.
İlahin, Bizimyol.info