Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Lukaşenkonun oturduğu stulun bir ayağı qalıb"
"Lukaşenkonun oturduğu stulun bir ayağı qalıb"

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin ordusunu Ukraynadakı müharibəyə cəlb etmək əmri vermir. Çünki onlar Rusiya Federasiyasına tabe olacaq. Bundan sonra “İttifaq dövləti”nin silahlı qüvvələrinin tərkibinə daxil olacaqlar. Onun üçün indi ordu “oturduğu stulun hələlik kəsilməmiş tək ayağıdır”.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə hərbi ekspert Oleq Jdanov “TSN”-in efirində danışıb. Onun sözlərinə görə, əmr verilsə, Belarus qoşunları Rusiya Federasiyasının Baş Qərargahına tabe olacaq və “İttifaq dövləti”nin silahlı qüvvələrinin tərkibinə daxil olacaqlar.

“Yanvar ayında “Müttəfiqlərin qətiyyəti” təlimləri “İttifaq dövləti”nin təhlükəsizlik qüvvələrinin birləşdirilməsi məsələsini işləyib hazırladı. Təlimlərin məqsədi də elə bu idi. Bu gün isə kiçik bir prosedür Lukaşenkonun silahlı qüvvələrini istifadə etmək əmri vermək qalıb.

Onlar avtomatik olaraq Rusiya Federasiyasının Baş Qərargahına tabe olacaq və “İttifaq Dövləti”nin vahid silahlı qüvvələri kimi olacaqlar. Buna görə də Lukaşenko kiçik də olsa, özündən bri parça qoparmaqdan qorxur”,- deyə Jdanov bildirib.

Ekspert vurğulayıb ki, Lukaşenko hadisələrin bu cür inkişafından çəkinir. "O, silah-sursat verməyə razıdır, anbarda olan texnikanı təhvil verməyə razıdır, lakin ordunu saxlayır",- deyə Jdanov vurğulayıb.

Xatırladaq ki, Aleksandr Lukaşenko iyulun 3-də Rusiya Federasiyasının Ukraynada başlatdığı müharibəni dəstəklədiyini bəyan edib. O, qeyd edib ki, Belarusun müharibədəki rolu "qardaş Rusiyanı dəstəkləməkdən ibarət olacaq". O, Vladimir Putini dəstəkləməyə davam etməyə hazırdır, çünki onlar müttəfiqdirlər və vahid ordu var.

Reallıqda isə Lukaşenko müharibədən kənarda qalmağa çalışır. Çünki Qərbin təzyiqlərindən qorxur və Putinin perspektivlərinə bel bağlaya bilmir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »