Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sanksiyaların acısı: "Rusiya avtomobilləri təhlükəsizlik yastığı olmadan satılacaq"
Sanksiyaların acısı: "Rusiya avtomobilləri təhlükəsizlik yastığı olmadan satılacaq"

Qərbin sanksiyaları Rusiyanın dəqiq idarə olunan “İsgəndər” və Kh-101 raketləri istehsal etmək imkanlarını məhdudlaşdırır.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Cosep Borrel öz bloqunda məlumat verib. Onun sözlərinə görə, sanksiyalar Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində həlledici əhəmiyyət kəsb edən Rusiya hərbi-sənaye kompleksinə ziyan vurub.

Jozep Borrel Jozep Borrel

"Sanksiyalar Rusiyanın "İskəndər" və ya Kh-101 kimi dəqiq idarə olunan raketlər istehsal etmək imkanlarını məhdudlaşdırır. Demək olar ki, bütün xarici avtomobil istehsalçıları da Rusiyanı tərk etmək qərarına gəliblər. Rusiya istehsalı olan bəzi avtomobillər təhlükəsizlik yastıqları olmadan satılacaq",- deyə Borrel bildirib.

Xatrıladaq ki, “İsgəndər” ballistik operativ-taktiki raket sistemləri ailəsindən olan raketdir. İsgəndər-M OTRK-dan ballistik raketlərlə hədəfi məhv etmənin maksimal diapazonu ən azı 500 km-dir. Bəzi mütəxəssislərin iddialarına görə, nüvə başlığından istifadə edildiyi zaman 700 km-ə çata bilər. Kh-101 isə, radar görmə qabiliyyətini azaltmaq üçün texnologiyalardan istifadə edən hava-yer tipli strateji qanadlı raketdir.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının verdiyi məlumata görə, mayın sonunda Rusiya Ukrayna sərhədindən 50 km aralıda Belarusda “İsgəndər-M” raket komplekslərini yerləşdirib.

İyunun 25-nə keçən gecə isə Rusiya strateji aviasiyası ilk dəfə olaraq birbaşa Belarus ərazisindən Ukraynaya hava zərbəsi endirib.

Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, bu, Minski birbaşa iştirakçı kimi müharibəyə cəlb etmək üçün təxribatın bir hissəsi ola bilər.

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Aleksandr Lukaşenko ilə görüşü zamanı yaxın aylarda nüvə silahından da istifadə edə bilən İsgəndər-M komplekslərini Minskə köçürəcəyini bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »