Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kadırovçulardan qəribə iddia: “Putin Ukraynada İslamı müdafiə edir”
Kadırovçulardan qəribə iddia: “Putin Ukraynada İslamı müdafiə edir”

Ötən gün Çeçenistan rəhbəri Ramzan Kadırovun muzdluları təbliğat xarakterli videolarda Rusiya Federasiyasının rəhbəri Vladimir Putinin “islamı müdafiə etmək” üçün öz qoşunlarını Ukraynaya göndərdiyini bildiriblər. Videoda qeyd edilir ki, “kadırovçular” bu məqsədlə işğalçılara kömək etməyə gəliblər.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu video kadr könüllü araşdırma icması “İnformNapalm” tərəfindən Teleqram kanalında yayımlanıb.

Qeyd edilib ki, bu bəyanatla Çeçenistan parlamentinin rəhbəri Maqomed Daudov çıxış edib. "Bu gün prezident Vladimir Putin, Ramzan Kadırov və qardaşlarımız ilk növbədə İslamı müdafiə edirlər. Onlar Uca Allahın dəyərini, böyüklüyünü müdafiə edirlər", -deyə Daudov bildirib.

Xatırladaq ki, iyun ayında Kadırovçular Luqansk vilayətində Severodonetskdə “Bismeli” İslam Mədəniyyət Mərkəzini qəsdən dağıdıblar. İyulun 5-də isə, Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib ki, mümkün qurbanlar barədə məlumat hələ də dəqiqləşdirilir.

Onun sözlərinə görə, işğalçılar məsciddə dinc insanların gizləndiyini biliblər və quyudan su çəkməyə çıxanda atəş açmağa başlayıblar.

Qurum rəsmisi qeyd edib ki, dini mərkəz tamamilə dağıdılıb və çox güman ki, işğalçıların hərəkətləri nəticəsində ölənlər də var.

““Müsəlmanlar” Allahlarının məbədində qan töküb, məscidi dağıdıblar. Allahsızlar. Əsl müsəlmanlar deyirlər ki, Kadırov və adamları bu dünyada şərəfsiz yaşayacaq və o biri dünyada böyük cəza ilə cəzalanacaqlar. Bu şərdə əli olan hər kəs mütləq cəzasını alacaq. Allah qarşısında cavab verəcəklər! Belə də olacaq. Ukrayna Silahlı Qüvvələri yer üzündə onların cəzasını verəcək”,- deyə Qayday bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya qoşunları Donetsk vilayətinin Mariupol şəhərində məscidi atəşə tutub. Həmin vaxt bu binada 86 Türkiyə vətəndaşı işğalçıların hücumlarından gizlənirdi. İndi işğalçılar əvvəllər şəhərdəki Dənizkənarı Parkın bəzəyi olan məscidin binasının yaxınlığında qəbiristanlıq salıblar.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »