Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna ordu rəhbətliyinin qərarı Zelenskini qəzəbləndirib: "Mənsiz qərar verilməsin"
Ukrayna ordu rəhbətliyinin qərarı Zelenskini qəzəbləndirib: "Mənsiz qərar verilməsin"

Fevralın 24-dən bəri Ukraynada Rusiya ordusu ilə gedən müharibə ölkənin şərqində şiddətli toqquşmalara səbəb olsa da, Ukrayna administrasiyasında ciddi böhran yaranıb.

Bizimyol.info xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski əsgərlərin icazə olmadan hərəkətinə məhdudiyyətlər qoyan orduya reaksiya verib. Ukrayna ordusunun dünən verdiyi fərmana əsasən, əsgərlər, ehtiyatda olan hərbçilər və digər hərbi zabitlər yerdəyişmədən əvvəl hərbi idarədən icazə alacaqlar.

Ukrayna Quru Qoşunlarının komandanı Valeri Zalujniy sosial şəbəkə səhifəsində yazıb : “Hörmətli vətəndaşlar və hərbi xidmətini davam etdirənlər. Xatırlatmaq istərdim ki, müharibə davam edir. Ölkənizin sizə ehtiyacı var. Hər kəs hərbi hissələrdə qeydiyyatdan keçirməlidir”.

Zelenski isə onunla məsləhətləşmədən alınan bu qərarın administrasiyada mübahisələr yaratdığını bildirib. Xalqa müraciətində ordu rəhbətliyini tənqid edən Zelenski “bu qərarla bağlı fərqli qiymətləndirmələrin olduğunu görürəm. Bu məsələdə anlaşılmazlıq var”,- deyə ordudan qərarın təfərrüatlarını ona çatdırmağı xahiş edib.

“Mən xalqa söz verirəm ki, bu məsələni araşdıracağam. Mən də Baş Qərargahın gələcəkdə mənsiz belə qərarlar verməməsini xahiş edirəm”,- deyə əlavə edib.

Bir çox ukraynalı da sosial şəbəkələrdə qərarın hərəkət azadlığına və iqtisadiyyata mənfi təsir edəcəyini şərh edib.

Rusiya ordusunun Ukraynanın şərqində Donbas bölgəsində irəlilədiyi və şiddətli toqquşmaların olduğu bir vaxtda böhranın yaranması diqqət çəkib və belə halların Ukraynaya ziyan vura biləcəyi ehtimal edilir.

Xatırladaq ki, Rusiya mətbuatı daha əvvəl Ukrayna ordusu ilə prezident Zelenski arasında ciddi fikir ayrılıqlarının olduğunu iddia etmişdi. Hətta Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyən Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Ukrayna ordusu prezident Vladimir Zelenskini devirə bilər. Bununla belə, bu cür açıqlamaların məqsədi hər kəsə aydındır - Ukrayna ordusuna psixoloji təzyiq göstərilir. Reallıqda Ukrayna ordusu Zelenskiyə tam olaraq tabeçilik göstərir.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »