Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da bir qrup konqresmen Türkiyə əleyhinə qanun hazırlayır
ABŞ-da bir qrup konqresmen Türkiyə əleyhinə qanun hazırlayır

Vəzifəyə gəldiyi gündən bəri Türkiyədən uzaq olan ABŞ prezidenti Co Baydenin keçən həftə keçirilən NATO Liderlər Zirvə toplantısında Rəcəb Tayyib Ərdoğanla görüşü və F-16-nın Türkiyəyə satışı ilə bağlı verdiyi açıqlamalar, həmçinin Finlandiya və İsveç beynəlxalq ictimaiyyətin gündəmində idi.

Bizimyol.info xəbər verir ki, Bayden F-16-ların Türkiyəyə satışını dəstəklədiyini açıqlayıb və “yadınızdadırsa, dekabr ayında onlara F-16 təyyarələrini (Türkiyəyə) satmalı olduğumuzu demişdim. Və biz bu reaktiv təyyarələri modernləşdirməliyik. Bunun əksi bizim marağımıza uyğun deyil. Dekabrdan bəri bu məsələyə münasibətimi dəyişməmişəm”,- deyə bildirib.

Baydenin bu açıqlamaları Ankarada müsbət qarşılansa da, Vaşinqton və Afinada fərqli reaksiyaya səbəb olub. Yunan lobbisinə bağlı ABŞ siyasətçiləri Vaşinqton tərəfindən F-16-ların mümkün satışının qarşısını almaq üçün hərəkətə keçiblər. Siyasətçilər Chris Pappas, Dina Titus, Carolyn Maloney, Charlie Crist və Con Sarbanes tərəfindən imzalanan mətndə ABŞ siyasətçiləri NDAA kimi tanınan Milli Təhlükəsizlik Səlahiyyəti Aktına düzəliş tələb ediblər.

Konqresə göndərilən düzəliş sorğusunda “ABŞ prezidentindən keçən il NATO üzvü olan digər ölkənin ərazi bütövlüyünü və hava məkanını dəfələrlə pozan bir NATO üzvünə silah göndərilməsinin qarşısının alınması xahiş olunur”,- deyə qeyd edilib. Konqresə göndərilən qanun dəyişikliyi ilə həm yeni F-16-ların satışının qarşısının alınması, həm də Türkiyəyə çatdırılması gündəmdə olan F-16 modernizasiya dəstlərinin satışının dayandırılmasının hədəfləndiyi açıqlanıb.

Məlumat üçün bildirək ki, Baydenin Yunan lobbisinin dəstəyi ilə hərəkət edən ABŞ siyasətçilərinə qarşı yalnız bir kartı var. Bayden bu satışın ABŞ-ın milli təhlükəsizliyinə lazım olduğunu aydınlaşdırsa, o, bu düzəlişdən yan keçə bilər. Amma Bayden bunu hərtərəfli plan və proqramla izah etməlidir.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »