Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya Ukraynaya qarşı taktikanı dəyişib"
"Rusiya Ukraynaya qarşı taktikanı dəyişib"

Rusiya Ukraynaya qarşı müharibə planlarını dəyişib. Belə ki, onlar müharibənin ilk günlərində bütün istiqamətlərdə hərəkət edir, qüvvələrini dağınıq salırdılar. Çünki o zaman kütləvi xarakterə arxalanırdılar. Hamı tamamilə döyüşə atılırdı. İndi taktika başqadır. Düşmən Ukraynanı Rusiya Federasiyasına bağlamaq üçün rayonları bir-bir ələ keçirmək məqsədi güdür.

Növbəti mərhələdə Ukrayna Silahlı Qüvvələri işğal olunmuş əraziləri azad etmək üçün əks hücuma keçdikləri zaman, Rusiya ukraynalıları onların “ata-baba torpaqlarına” təcavüz etməkdə ittiham edərək bu bəhanə ilə ümumi səfərbərlik elan edəcəklər.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna mətbuatına hərbi ekspert İqor Koziy danışıb. Koziy bildirib ki, bu gün resurslar müharibəsi gedir. Aydındır ki, Rusiya Federasiyasında Ukraynadan daha çox resurs var: “Biz modernləşmə və müasir silahlarla bu müharibədə qalib gəlməyə qərar vermişik. Bu bizim planımızdır. Müharibənin ilk mərhələsində bu plan işə düşüb. Müharibə başlayanda torpaq donmuş deyil, nəm idi. Buna görə də düşmən yolların ətrafında toplaşmaq məcburiyyətində qalmışdı. Molotov kokteyli kimi primitiv silahlarla belə məhv etmək daha asan idi".

Hərbi ekspert qeyd edib ki, indi fərqli proses gedir. İndi torpaq quruyub. Belə ki, indi onlar təkcə yollarda deyil, çöllərdə, tarlalarda, istənilən yerdə hərəkət edə bilirlər. “Növbəti mərhələdə düşmən qüvvələrini kütləvi şəkildə istifadə etdi və beşinci kolona arxalandı. Krımın təslim olmasını, Çonqarı unutmaq olmaz və bütün bunların arxasında konkret adlar dayanır. Bu, heç də o demək deyil ki, bunda Zelenski hakimiyyəti günahkardır. Bunun üçün bu çağırışlara tab gətirə bilməyən Silahlı Qüvvələr sistemi və hərbi kəşfiyyat günahkardır”,- deyə o əlavə edib.

Hərbi ekspert bildirib ki, indi düşmən başa düşür ki, cəbhəyə tələsməklə, kütləvi yolla hərəkət etməklə nəsə əldə etmək asan deyil. “Krımı aldılar - konstitusiyaya yazdılar, Donetsk və Luqansk vilayətlərini aldılar - konstitusiyaya yazdılar. İndi əgər biz bu torpaqları geri qaytarmağa başlasaq, Rusiyada ümumi səfərbərliyə səbəb olacaq. Çünki o zaman onlar düşünəcək ki, Ukrayna onların torpaqlarına hücum edib. Yəni onlar öz torpaqlarını geri alacaqlarını düşünəcəklər. Növbəti plana görə Xarkov vilayəti, daha sonra Zaporojye bölgəsində Dnepr çayına və Dnepr şəhərinə çıxış nəzərədə tutulub”,- deyə o əlavə edib.

Ekspert həmçinin bildirib ki, müasir silahlar olmadan müharibədə qələbə qazanmaq çox çətin olacaq. Amma Ukraynanın müasir silahları var. “Şmıqal Ukrayna müəssisələrinin istehsal imkanları hesabına bu ilin sentyabr ayının sonuna qədər Ukrayna Silahlı Qüvvələrini müasir silahlara keçəcəyinə söz verib”,- deyə o əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »