Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukraynanın bərpasına indidən başlamaq lazımdır"
"Ukraynanın bərpasına indidən başlamaq lazımdır"

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, Rusiyanın başladığı müharibədən sonra Ukraynanın yenidən qurulmasına indi başlamaq lazımdır.

Onun sözlərinə görə, ən mühüm infrastruktur obyektlərinin bərpası üçün illər lazım olacaq.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki,o bu barədə İsveçrənin Luqano şəhərində keçirilən Ukraynanın yenidən qurulması üzrə Beynəlxalq Konfransın iştirakçılarına videomüraciətində deyib. Qutereş qeyd edib ki, Rusiyanın təcavüzü nəticəsində milyonlarla ukraynalı dolanışıq imkanlarını itirib.

Onların 90 faizi yoxsulluq təhlükəsi altındadır. Bir çoxları evlərini tərk etmək məcburiyyətində qalıblar.

BMT-nin baş katibi bildirib ki, təşkilat tərəfdaşları, Ukrayna hökuməti ilə birlikdə 9 milyona yaxın insana yardım edir. Bununla yanaşı BMT "partlamamış hərbi sursatlar, minalar və kaset sursatlarından yaranan təhlükəni" aradan qaldırmaq üçün Ukrayna ilə işləyir və infrastrukturun yenidən qurulması və təmiri üçün zəmin hazırlayır.

"Bu, uzun bir yoldur, amma indi başlamaq lazımdır" deyə o əlavə edib. Quterreş dünyanı “bu günlərdə Ukrayna xalqını dəstəkləməyə və yenidən qurmağa” çağırıb.

Xatırladaq ki, Luqanoda Ukrayna nümayəndə heyəti 750 milyard dollar dəyərində Ukraynanın bərpası layihəsini təqdim edib.

Pulun 10 il müddətinə ayrılması istənilir.

Xatrıladaq ki, bir müddət əvvəl prezident Vladimir Zelenski bildirib ki, Ukraynanın bərpasına Rusiya Federasiyası ilə müharibədən sonra deyil, bu gün başlanılmalıdır. Zelenski vurğulayb ki, Ukrayna Avropanın ən azad, müasir və təhlükəsiz ölkəsinə çevrilməlidir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »