Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda bütün icbari sığorta müqavilələri elektron formada bağlanacaq
Azərbaycanda bütün icbari sığorta müqavilələri elektron formada bağlanacaq

Azərbaycanda bütün icbari sığorta müqavilələri və sığorta hadisələrini təsdiq edən sənədlər elektron formada təmin ediləcək.

APA-nın xəbərinə görə, bununla bağlı “İcbari sığortalar haqqında” qanuna müvafiq dəyişikliklər edilir.

Qanuna dəyişikliklə bağlı izahatda qeyd edilib ki, sığorta sektorunun rəqəmsal transformasiyası üzrə hazırlanmış yol xəritəsinə uyğun olaraq icbari sığortalanma prosesinin sadələşdirilməsi və sığorta risklərinin düzgün qiymətləndirilməsi məqsədi ilə İcbari Sığorta Bürosunun elektron informasiya sistemi ilə dövlət orqanlarının (İqtisadiyyat Nazirliyi, Daxili İşlər, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat, Fövqəladə hallar, Kənd Təsərrüfatı nazirlikləri və Dövlət Gömrük Komitəsi) elektron informasiya sistemlərinin inteqrasiyası, bütün icbari sığorta müqavilələrinin bağlanılmasının və sığorta hadisələrini təsdiq edən sənədlərin elektron formada təmin edilməsi nəzərdə tutulub.

Həmin orqanlar öz elektron informasiya ehtiyatında mövcud olan daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışda, ölkəmizə daxil olan avtomobillərin qeydiyyat şəhadətnaməsində, nəqliyyat vasitəsi üzrə etibarnamədə və sürücülük vəsiqəsində əks olunan məlumatların İcbari Sığorta Bürosunun elektron informasiya sisteminə ötürülməsini təmin edəcək.

Hadisə iştirakçıları tərəfindən doldurulan yol nəqliyyat hadisəsi barədə protokolun (Avoprotokol) elektron formada tərtib edilmə imkanı və həmin protokola elektron çıxış imkanı da yaradılacaq.

Son xəbərlər
Bütün xəbərlər »