Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov Şuşadan kitab yazan alman alimi qəbul edib
Ceyhun Bayramov Şuşadan kitab yazan alman alimi qəbul edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Qiesen Universitetinin dosenti, alim Mixael Reynhard Hessi qəbul edib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Bizimyol.info-ya verilən xəbərə görə, görüşdə alim Mixael Hess “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabını nazir Ceyhun Bayramova təqdim edib.

Alim qeyd edib ki, kitabı yazmaqda əsas məqsədi Qarabağın və Şuşanın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini geniş oxucuların diqqətinə çatdırmaqdır. O, kitabın ölkəmizlə bağlı elmi araşdırmalar aparan şəxslər üçün etibarlı mənbə qismində çıxış edəcəyini bildirib.

Nazir Ceyhun Bayramov alim Mixael Hessə təşəkkürünü ifadə edib. O, Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı xarici mütəxəssislər, elm adamları tərəfindən araşdırmaların aparılmasının vacibliyini vurğulayıb və bu mənada kitabın dəyərinin yüksək olduğunu söyləyib. Nazir, alman dilində dərc olunan kitabın gələcəkdə digər xarici dillərə də tərcümə edilməsinin əhəmiyyət kəsb etdiyini qeyd edib.

Nazir Ceyhun Bayramov alman alimi Mixael Hessə gələcək fəaliyyətində uğurlar arzu edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »