Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ukraynadan taxıl ixracına dair müqavilə imzalayıb
Rusiya Ukraynadan taxıl ixracına dair müqavilə imzalayıb

Ukraynanın cənub-şərqindəki Zaporojye bölgəsinə qismən nəzarət edən Rusiya bu bölgədən daha çox Yaxın Şərqə taxıl ixracını təmin etmək üçün anlaşma memorandumu imzalayıb.

Bizimyol.info xəbər verir ki, TASS xəbər agentliyinin Rusiya qüvvələrinin Zaporojye bölgəsindəki lideri Yevgeni Balitskiyə əsaslanaraq verdiyi xəbərə görə, ixrac daha çox İraq, İran və Səudiyyə Ərəbistanına ediləcək.

Xatırladaq ki, Ukrayna və Qərb dövlətləri Rusiyanı Ukrayna limanlarından qaçaqmalçılıq yolu ilə taxıl keçirməkdə ittiham etsələr də, Kreml bu ittihamları rədd edir.

Ukrayna hakimiyyəti bundan əvvəl Türkiyədən taxıl daşıyan Rusiya gəmilərini “ələ keçirməyə” çağırmışdı. Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar Rusiya taxılını daşıyan gəminin Türkiyədə saxlanıldığını açıqlayıb.

Mövzu ilə bağlı Reuters-ə açıqlama verən yüksək rütbəli türk rəsmisi, “Ukraynanın Türkiyədən tələb etdiyi məsələləri (Ukraynanın taxılının oğurlanması iddiası ilə) ciddi şəkildə nəzərdən keçiririk.

Mövzu hələ də araşdırılır. Birinci mərhələnin tələbi ilə "Jibek Zholy" adlı gəmi Qarasu sahilində dayandırıldı. İddialar ciddi şəkildə araşdırılır”,- deyə bildirib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »