Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Danimarka İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib
Danimarka İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib

Danimarka hökuməti İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib.

APA xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Jeppe Kofod "Twitter"də bildirib.

“Finlandiya və İsveçin NATO üzvlüyünün Danimarka tərəfindən ratifikasiyası hazırdır. Bütün müttəfiqlər tərəfindən tezliklə bunun ratifikasiya olunacağına ümid edirik”, - Danimarka XİN başçısı qeyd edib.

Bu, günorta saatlarında Finlandiya və İsveçin Alyansa qoşulması ilə bağlı protokolların imzalanmasından sonra NATO-dakı 30 müttəfiq arasında ilk və ən sürətli ratifikasiyadır.

Qeyd edək ki, artıq Norveç və İslandiya da öz ratifikasiya sənədlərini ABŞ-a təqdim etməyə hazır olduqlarını bəyan ediblər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »