Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Boris Conson Ukraynaya daha çox hərbi yardımın göndəriləcəyinə söz verib
Boris Conson Ukraynaya daha çox hərbi yardımın göndəriləcəyinə söz verib

Britaniya Baş naziri Boris Conson Ukraynaya daha çox hərbi yardımın göndəriləcəyinə söz verib.

APA xəbər verir ki, bu barədə Baş nazir Conson Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı deyib.

Tərəflər telefon danışığı zamanı G7 və NATO Sammiti çərçivəsində aparılan müzakirələr barədə danışıblar.

"İnanıram ki, Ukrayna ordusu bu yaxınlarda Putinin qüvvələri tərəfindən ələ keçirilən əraziləri geri qaytara bilər. Britaniya Ukraynaya özünü müdafiə etmək və yenidən qurmaq prosesində kömək etmək öhdəliyinə sadiqdir. Tezliklə Britaniyadan daha çox hərbi yardım göndəriləcək", Baş nazir Conson deyib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »