Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistanda leysan yağışları selə döndü, ölənlər var
Pakistanda leysan yağışları selə döndü, ölənlər var

Pakistanın Bəlucistan əyalətində güclü yağışlar nəticəsində baş verən qəzalarda azı 7 nəfər ölüb, 20 nəfər yaralanıb.

Bizimyol.info xəbər verir ki, Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta da daxil olmaqla bir çox şəhərlərdə güclü yağışlar fəsadlar törədib. Kvettanın Sariab bölgəsində güclü yağışlar nəticəsində evlərin damları və divarlar uçub.

Yolların su altında qaldığı və elektrik enerjisinin kəsildiyi şəhərlərdə leysan yağışları nəticəsində baş verən qəzalarda ən azı 7 nəfər həyatını itirib, 20 nəfər yaralanıb.

Qəzadan sonra Dövlət Fəlakət İdarəetmə İdarəsinin (PDMA) baş direktoru Nasir Nasir bildirib ki, Bəlucistan əyalətinin baş naziri Mir Abdul Quddus Bizenco-nun göstərişi ilə xilasetmə qrupları 50 ailəyə yardım ləvazimatları çatdırıb. Sarıab və digər bölgələrdə vətəndaşlara yardımların çatdırılması üçün işlər davam etdirilir.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »