Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi başlayıb
İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi başlayıb

İsveç və Finlandiya NATO-ya dəvət olunduqdan sonra iki ölkənin nümayəndələri NATO-nun Belçikadakı mənzil-qərargahında NATO-ya üzvlük protokollarını imzalayıblar.

İyunun 29-30-da İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Dövlət və Hökumət Başçıları Toplantısında Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə yaşıl işıq yandırmasından sonra sözügedən ölkələr NATO-ya dəvət edilib. NATO-ya üzvlük danışıqları yekunlaşıb.

Bizimyol.info xəbər verir ki, bu gün NATO-nun mənzil-qərargahında NATO-ya üzv 30 ölkənin nümayəndələrinin iştirakı ilə İsveç və Finlandiyanın üzvlük protokolları imzalanıb. Protokolun imzalanmasından sonra NATO-nun baş katibi Yens Stoltenberq Finlandiya və İsveçin NATO-ya üzvlüyünün təsdiqi prosesinin başladığını bildirib.

Stoltenberq İsveç və Finlandiya xarici işlər nazirləri ilə birgə mətbuata açıqlamasında jurnalistlərə deyib: "Bu, Finlandiya və İsveç üçün yaxşı gündür, NATO üçün də yaxşı gündür".

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »