Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: "Belarusun müharibədə iştirakına inanmırıq, amma buna hazırlaşırıq"
Zelenski: "Belarusun müharibədə iştirakına inanmırıq, amma buna hazırlaşırıq"

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna Belarus ordusunun müharibədə iştirakına inanmır, lakin buna hazırlaşır.

Zelenski bunu hökumətin 26-cı illik “The Economist” dəyirmi masasında “Dəyişən dünyada antitezlər, transformasiyalar, nailiyyətlər” mövzusunda çıxışında bildirib.

O xatırladıb ki, müxtəlif çaplı raketlər artıq Belarus ərazisindən Ukrayna şəhərlərinə dəfələrlə buraxılıb.

"Biz başa düşürük ki, bu, belarus xalqının qərarı deyil. Biz hesab edirik ki, belarus xalqı bu müharibəyə qarışmamaq üçün hər şeyi etməlidir, baş verənləri görən insanların da məsuliyyəti olmalıdır. “Bu, biz deyilik, bizim ərazimizdən bu atəşi açan Rusiyadır” deyərək məsuliyyətdən qaçmaq, nəncə, ədalətsizlikdir”,- deyə prezident bildirib.

Onun sözlərinə görə, Ukrayna Belarusun bu müharibəyə qarışmayacağına inanır, amma “təxribatlar var və olacaq”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »