Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Lukaşenko qorxur ki, hərbçilər Belarusda çevriliş edəcək”
“Lukaşenko qorxur ki, hərbçilər Belarusda çevriliş edəcək”

Aleksandr Lukaşenko aylardır Belarusun Ukrayna müharibəsində fəal iştirakı ilə bağlı tərəddüd edir. Rusiya Prezidenti Vladimir Putin Minskin bütün sərhədboyu hücumunu arzulayır. İkinci cəbhənin açılması Kreml qoşunlarının yalnız işinə yarayardı. Çünki xüsusilə şimalda Rusiya ordusu istəyinə çatmadı. Belarusun köməyinə ehtiyac var. Lukaşenko isə hələlik qoşunları sərhəddən irəli göndərməyə tələsmir.

Bizimyol.info xəbər verir ki, ekspertlər bunun əsas səbəbinin Belarus dövlət başçısının hakimiyyəti qorumaq istəyinin olduğunu bildirir. Lukaşenko Putinlə müttəfiqliyin ona baha başa gələ biləcəyini yaxşı anlayır. Sanksiyalar öz yerində, üstəlik, cəza ehtimalı böyükdür. Lukaşenko hərbi çevriliş baş tutacağından çox qorxur.

Astroloq Vlad Ross deyir ki, Putin həmkarını yola gətirmək üçün çox çalışır. Çünki Kreml rəhbərinə qurban vermək üçün qüvvə lazımdır.

“Putinin Belarus-Ukrayna sərhədində dayanan 15 minlik qoşuna çox ehtiyacı var. O, Donbassın vacib bölgələrindən Ukrayna ordusunun çəkilməsini istəyir. Bunun üçün əvvəlcə diqqəti yayındırmaq lazımdır”.

Hadisələrin belə gedişi Lukaşenko üçün arzuolunmazdır. Ukrayna tərəfdən xeyli belorus döyüşçü vuruşur. Onlar Lukaşenkoya rəğbət bəsləmirlər, əksinə, dövlət başçısını prezident hesab etmirlər. Üstəlik, Ukrayna ilə sərhəddəki orduda da ölkə rəhbərinin əleyhdarları var. Bu kəsim Lukaşenkonun qorxulu röyasıdır. Dövlət başçısı hərbçilərin bir gün Minskdə dövlət çevrilişi həyata keçirəcəyindən qorxur.

“Lukaşenko bundan sonra da imitasiya ilə məşğul olacaq. Müharibəyə hazırlıq görüntüsü yaradılacaq, xəndəklər qazılacaq”, - Vlad Ross belə deyir.

Astroloqun fikrincə, Lukaşenko yalnız bir şeyə etirazını bildirməyə çəkinir. Putin Belarus ərazisini hərbi meydança kimi istifadə edir. Rusiya ordusu burada istədiyi kimi hərəkət edir. Lukaşenko buna göz yummağa məcburdur. Fevralda Kiyevə hücum məhz Belarusdan həyata keçirilmişdi. Rusiya ordusu buradan qonşu dövlətə raket zərbələri endirir. Lukaşenko buna mane olmayacaq. Ross belə düşünür. Zərbələr davam edəcək. Amma Belarusun Ukraynaya hücumunu gözləməyə dəyməz. Lukaşenko yalnız sərhədi qoruyacaq ki, onun hakimiyyətini ələ keçirməsinlər.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »