Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
17 iyul tarixində Nizami kinoteatrında “Azerbaijan Design Summit 2022” adlı tədbir baş tutacaq
17 iyul tarixində Nizami kinoteatrında “Azerbaijan Design Summit 2022” adlı tədbir baş tutacaq

“Azerbaijan Design Summit 2022” dizayn sahəsində sözünü demiş dizaynerlərin, incəsənət xadimlərinin və yeni başlayanların görüş yeridir. Qeyri-adi ideya sahiblərinin fikir mübadiləsi etdiyi, dizayn sahəsinin ölkəmizdəki inkişafından bəhs edildiyi bu tədbir dizaynın bir çox sahəsini əhatə edəcək.

Eyni zamanda “Azerbaijan Design Summit 2022” tədbiri çərçivəsində beynəlxalq poster yarışı keçirilir. “Tipoqrafiya və sülh” mövzulu poster yarışında ölkəmizdən və xaricdən çoxsaylı dizaynerlər iştirak edir. Yarışmada qaliblər yerli və xarici münsiflər tərəfindən seçiləcək. Tədbir günü qaliblərin posterlərindən seçilən 50 poster dizaynı tədbirdə iştirak edənlər üçün sərgilənəcək və qalib gələnlər mükafatlandırılacaqlar.

17 iyul tarixində keçiriləcək tədbirdə Adəm Yunisov, Elçin Məmmədov, Emil İsmayılov və Faiq Əhməd kimi peşəkarlar çıxış edəcəklər.Bundan başqa Türkiyədən dəvət edilən tanınmış qrafik dizayner Doğan Arslan öz təcrübələrini dizayn sevərlərlə bölüşəcək.

Tədbir haqqında yeniliklərdən xəbərdar olmaq və qeydiyyatdan keçmək üçün “Azerbaijan Design Summit 2022”-in rəsmi sosial və veb səhifəsini izləmək yetərlidir. İştirak ödənişsizdir.

Daha ətraflı:

Web: azerbaijandesignsummit.az

Facebook: azerbaijandesignsummit

Instagram: azerbaijandesignsummit

Linkedin: azerbaijandesignsummit

Twitter: Azedesignsummit

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »