Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sanksiyalar Putini müharibəni dondurmağa məcbur edəcək"
"Sanksiyalar Putini müharibəni dondurmağa məcbur edəcək"

Rusiyaya qarşı artan sanksiyalar təzyiqi onun rəhbəri Vladimir Putini yaxın gələcəkdə aqressiv kursunu dəyişməyə məcbur etməyəcək. Amma gec-tez Rusiya müharibə və ya şərti “soyuducu” arasında seçim etməli olacaq.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Cosep Borrell öz bloqunda yazıb. Onun sözlərinə görə, Rusiyanın enerji mənbələrinin kəsilməsi ilə bağlı çətin qərarlar Avropadakı insanların həyat keyfiyyətinə zərbə vurur. Amma bu qərarlar Putinin aqressivliyinə baxmayaraq, Avropanı uzun müddət siyasi qərarlarına mane olan asılılıqdan tədricən azad edir.

"Putin, yəqin ki, Avropanın enerji asılılığına görə sanksiyalar tətbiq etməyə cəsarət etməyəcəyini düşünürdü. Bu, Rusiya rejiminin əsas səhv hesablamalarından biri idi",- deyə Borrell yazıb.

Borell qeyd edib ki, Avropa İttifaqı iqtisadi qarşılıqlı asılılığın dinc yaşamanın açarı olduğuna inanmaqda sadəlövhlük edib. “Biz niyyətdən hərəkətə keçməyə başlamışıq, göstəririk ki, təxribata məruz qalanda Avropa cavab verə bilər”,- deyə o əlavə edib.

Avropa diplomatiya rəhbəri həmçinin qeyd edib ki, Rusiyaya qarşı sanksiyalar effektivdir. Bu sanksiyalar artıq Putinə və onun əlaltılarına sərt zərbələr endirir. Sanksiyaların Rusiya iqtisadiyyatına təsiri zaman keçdikcə artacaq.

Borrell bildirib ki, bu, yaxın gələcək üçün Putinin strateji hesablamalarında dəyişikliyə səbəb olmayacaq. “Onun hərəkətləri ilk növbədə iqtisadi məntiqə əsaslanmır. Bununla belə, sanksiyalar onu neft və silah arasında seçim etməyə məcbur edərək. Sanksiyalar onu pis vəziyyətə salıb. Bu vəziyyət isə yavaş-yavaş daha da sərtləşir”,- deyə o əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »