Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qlobal istiləşmənin dəhşətləri: Buz qopub, gəmi üzə çıxıb, içməli su tükənir...
Qlobal istiləşmənin dəhşətləri: Buz qopub, gəmi üzə çıxıb, içməli su tükənir...

İtaliyanın Alp dağlarında buz çöküb, 7 nəfər ölüb, ABŞ-dakı quraqlıq səbəbindən İkinci Dünya Müharibəsindən qalma gəmi üzə çıxıb, Londonda içməli su tükənir… Bütün bunlar qlobal istiləşmə səbəbindən baş verib.

Bizimyol.info xəbə verir ki, Alimlər qlobal istiləşmə ilə bağlı getdikcə daha qorxulu hesabatlar dərc edərkən, böhran bəşəriyyəti bir çox hadisələrlə qarşı-qarşıya qoymağa başlayıb. Alp dağlarının İtaliya tərəfindəki Marmolada təpəsindən buz kütləsinin çökməsi nəticəsində ən azı 7 piyadanın həyatını itirdiyi, fəlakətin səbəbkarının isə yüksək temperatur olduğu bildirilib. Ötən gün Marmolada təpəsində hava istiliyinin 10 dərəcə ilə ən yüksək həddə çatdığını qeyd edən səlahiyyətlilər, 17 nəfərin hələ də itkin düşdüyünü bildirib. Marmoladanın zirvəsindəki buzlağın qlobal istiləşmə səbəbiylə 25-30 il sonra yox olacağını proqnozlaşdırdığını qeyd edən səlahiyyətlilər, xizəkçilərin və yürüyüşçülərin məşhur məkanı olan sözügedən zirvənin indi təhlükəli olduğu barədə xəbərdarlıq edib.

ABŞ-da ölkənin ən böyük su anbarı olan Mid gölündəki su tarixin ən aşağı səviyyəsinə endikdən sonra, illərdir sular altında qalan İkinci Dünya Müharibəsindən qalma “Higgins” adlı desant gəmisi üzə çıxıb. . Bildirilib ki, ABŞ-ın cənub-qərbində davam edən meqa quraqlıq nəticəsində göldə su 1971-ci ildən bəri ən aşağı səviyyəyə çatıb. Mafiya tərəfindən öldürülməkdə şübhəli bilinən bir neçə nəfərin cəsədinin qalıqlarının tapıldığı da açıqlanıb.

İrlandiyalı müğənni və ətraf mühit fəalı Feargal Sharkey də son illərdə rekord hava istiliyi ilə üzləşən İngiltərənin paytaxtı Londonun suyunun tükənmək üzrə olduğuna diqqət çəkib. İngiltərənin "The Daily Telegraph" qəzetinə danışan 70-ci illərin pank qrupu The Overtones-un solisti Şarki, London Resilience Forumun 2017-ci ildə dərc etdiyi hesabatda qeyd edildiyi kimi, quraqlığın London üçün real və indiki təhlükə olduğunu xatırladaraq, həyəcan təbili çaldığını bildirib.

"Londonda və cənub-şərqdə 25 milyon insan artıq içməli suyun tükənməsinə çox yaxındır",- deyə qeyd edib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »