Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Taxılın qiyməti rekord qırarkən Zelenskidən açıqlama gəldi
Taxılın qiyməti rekord qırarkən Zelenskidən açıqlama gəldi

Dünyanın gözü aylardır Ukraynadan gələn xəbərlərə dikilib.

Bizimyol.info xəbər verir ki, fevralın 24-ü səhər saatlarında Rusiya prezidenti Putinin əmri ilə başlayan müharibə bütün dünyaya təsir etməkdə davam edir. Dünyanın dördüncü ən böyük taxıl ixracatçısı olan Ukrayna müharibə səbəbindən taxıl ixrac edə bilmir. Bu vəziyyət dünyada böyük bir ərzaq böhranına səbəb olsa da , Ukrayna prezidenti Vladimir Zelenski yeni bir açıqlama verib. Zelenski deyib ki , Ukrayna Türkiyə və Birləşmiş Millətlər Təşkilatı ( BMT ) ilə Ukrayna limanlarından taxıl ixracına zəmanət vermək üçün danışıqlar aparır .

Gəmilər üçün təhlükəsizlik zəmanətinə ehtiyac duyduqlarını deyən Ukrayna lideri məsələ ilə bağlı BMT-nin baş katibi Antonio Quterreşlə birbaşa əlaqə saxladıqlarını vurğulayıb. Zelenski qeyd edib ki, BMT “moderator kimi deyil, aparıcı rol oynayır”.

İclasda bilavasitə Rusiyanın Ukraynaya təcavüzünün nəticəsi olan qlobal ərzaq böhranının da müzakirə edildiyini bildirən NATO-nun baş katibi Stoltenberq deyib ki, "ərzaq qiymətləri rekord həddə çatır. Bir çox ölkələr əhəmiyyətli idxalatda Ukraynadan asılıdır”.

Ukraynadakı müharibənin səbəb olduğu ərzaq böhranının həllində Türkiyənin roluna toxunan Stoltenberq aşağıdakı ifadələrdən istifadə edib; “NATO müttəfiqləri Ukraynadan ərzaq və daha çox taxıl çıxarmağa çalışırlar. Bu baxımdan Türkiyə bəzi razılaşmaları asanlaşdırmağa çalışır. Bundan əlavə, Yunanıstan Ukraynadan taxıl almaq üçün gəmilərlə xidmət etməyə hazır olduqlarını açıqlayıb”.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi isə son açıqlamasında bildirib ki, ABŞ Türkiyənin Ukrayna taxılını ixrac etmək cəhdlərini alqışlayır.

ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə Ukraynadan taxıl ixracına yenidən başlamaq üçün çalışdığına diqqət çəkən Kirbi, Rusiyanın Ukraynaya müdaxiləsi səbəbiylə sözügedən ixracın əngəlləndiyini bildirib.

Qeyd edək ki, dünyanın aparıcı taxıl ixracatçılarından biri olan Ukrayna Rusiyanı gəmilərinin hərəkətinə mane olmaqda ittiham edir.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »