Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin Rusiyaya niyə kömək etmir...
Çin Rusiyaya niyə kömək etmir...

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrell hesab edir ki, Çinin dəstəyi ilə Rusiyanın Qərbin sanksiyalarını yumşaltmaq üçün imkanları məhduddur.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə öz bloqunda yazıb. “Çinin Rusiya iqtisadiyyatı üçün təklif etdiyi alternativə gəlincə isə bu təklif yüksək texnologiyalı məhsullar baxımından məhdud olaraq qalır”- deyə o əlavə edib.

Borell qeyd edir ki, Çin inkişaf etmiş ölkələrə ixracdan çox asılıdır. Buna görə də, rəsmi Pekin Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək etmir. Onun sözlərinə görə, Çinin Rusiyaya ixracı 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayandan sonra Qərb ölkələri ilə eyni səviyyəyə düşüb.

"Sanksiyalar Rusiyanın "İskəndər" və ya "Kh-101" kimi dəqiq idarə olunan raketlər istehsal etmək imkanlarını məhdudlaşdırır. Bütün qabaqcıl texnologiyalara görə o, Avropadan 45 faiz, ABŞ-dan isə 21 faiz, Çindən isə yalnız 11 faiz asılıdır ",- deyə o əlavə edib.

Qeyd edək ki, Çin geniş miqyasda ABŞ və Avropadan asılıdır. Həm öz məhsullarını həmin bazarlarda satır, həm də bir çox istehsal sahələri ABŞ və Avropadan gələn detalların köməyi ilə işləyir. Nümunə olaraq avtomobil sənayesini göstərmək olar. Çin ABŞ, Avropa və Yaponiyanın istehsal etdiyi detallar olmadan bircə avtomobil belə istehsal etmir. Ona görə də Çin sanksiyalardan daha böyük zərbə ala bilər.

Xatırladaq ki, iyulun 2-də xarici işlər naziri Kuleba Aİ-nin Rusiya Federasiyasına qarşı 7-ci sanksiyalar paketinin artıq hazırlandığını açıqlayıb. O bu barədə “Tvitter” səhifəsində yazıb.

"Aİ diplomatiya rəhbəri Cosep Borrell ilə telefon danışığında biz Ukraynanın Aİ-yə namizəd ölkə olmasından sonra növbəti addımları müzakirə etdik. G20 xarici işlər nazirlərinin görüşü öncəsi fikirləri müzakirə etdik. Rusiyaya qarşı sanksiyalar üzərində işləyirik”,- deyə Kuleba yazıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »