Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin "kölgə ordusu" Suriya və Liviyada gücünü itirib
Putinin "kölgə ordusu" Suriya və Liviyada gücünü itirib

Moskva Ukraynanı işğal etmək üçün Vaqner kadrlarına güvənmək məcburiyyətində qalıb. Belə ki, Ukraynaya döyüşməyə getdikıri üçün Liviyada əcnəbi muzdluların sayı azalıb.

Bizimyol.info xəbər verir ki,  bu barədə Liviyada insan haqlarının pozulması ilə bağlı sübutlar toplayan BMT eksperti Çaloka Beyani deyib. Beyani qeyd edib ki, artıq muzdlular özlərinə “başqa iş” tapıblar. Xüsusilə Rusiyanın Vaqner qrupunda muzdluların sayı azalıb. Özəl təhlükəsizlik kompaniyası Rusiya prezidenti Vladimir Putin tərəfindən “kölgə ordusu” hesab edilir. Putin isə onlarla hər hansı əlaqəsi olduğunu inkar edir.

Britaniya kəşfiyyat xidməti hesab edir ki,  Moskva Afrika və Suriyadakı əməliyyatların zərərinə Ukraynanı işğal etmək üçün Vaqner personalına arxalanmağa məcbur olub.

Beyani komandasının hesabatına görə, bütün əcnəbi döyüşçülər Liviyanı tərk etməyib. BMT ekspertləri bildirirlər ki, muzdlular ölkədə münaqişəni uzadır və mülki əhalinin müdafiəsi ilə bağlı beynəlxalq qaydaları pozurlar.

Xatırladaq ki, Liviyada 2011-ci ildən - diktator Müəmmər Qəddafinin devrilməsindən sonra xaos hökm sürür. Ölkədə bir neçə qruplaşma hakimiyyət uğrunda mübarizə aparır. Son illərdə isə başqa ölkələr, xüsusən də Rusiya və Türkiyə münaqişəyə cəlb olunub.

BMT-nin 2020-ci ilin sonuna olan hesablamalarına görə, Liviyada 20 minə yaxın əcnəbi döyüşçü və muzdlu əsgər var idi. Britaniya kəşfiyyatı isə  hesab edir ki, hazırda Vaqner qrupu ilə müqavilə əsasında təqaüdə çıxmış heyət istifadə edilir. Bu isə Rusiya Hərbi Hava Qüvvələrinin kifayət qədər ekipajla Ukraynaya işğalı dəstəkləmək üçün mübarizə apardığını göstərir.

Xatırladaq ki, Türkiyə hərbi qüvvələri Liviyada legitim olaraq mövcuddur. Türkiyə ordusunu Liviyaya qlobal miqyasda legitim olaraq tanınan Liviya hökuməti dəvət edib. Rusiyanın dəstəyi ilə qiyamçılar paytaxt Triploni ələ keçirməyə yaxın olduqları bir vaxtda Türkiyə ordusu Lviyaya daxil oldu və Rusiyanın Vaqner ordusunu və onların dəstəklədiyi qiyamçıları paytaxtın ətrafından qovub uzaqlaşdırdı.

Vaqner şirkətinin Putinə yaxınlığı ilə tanınan biznesmen Yevgeni Priqojin tərəfindən maliyyələşdirildiriyi bildirilir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »