Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukrayna müdafiə üçün daha münasib cəbhə xəttinə çəkilib"
"Ukrayna müdafiə üçün daha münasib cəbhə xəttinə çəkilib"

"Donbass uğrunda döyüş Rusiya işğalçı qüvvələrinin Luqansk vilayətində yavaş irəliləməsi ilə xarakterizə olunur. Rusiya kütləvi şəkildə ağır artilleriyadan istifadə edir, sözün əsl mənasında şəhərləri yerlə yeksan edir".

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi “Tvitter” səhifəsində məlumat yayıb. Kəşfiyyat məlumatlarına görə, Donetsk vilayətində döyüşlər, Luqansk vilayətində olduğu kimi, eyni axarda davam edəcək.

Lısiçanskın Rusiya tərəfindən nisbətən tez ələ keçirilməsi Luqansk vilayətinin bütün ərazisini nəzarət altına almağa imkan verib. Qeyd olunur ki, müharibənin əvvəlki mərhələlərindən fərqli olaraq, Rusiya ən azı iki qüvvə qrupu arasında kifayət qədər effektiv koordinasiya yarada bilib. Belə ki, general-polkovnik Aleksandr Lapinin rəhbərlik etdiyi Mərkəzi qrup və Cənub - yeni təyin olunmuş general Sergey Surovikinin rəhbərliyi yaxşı koordinasiya qurulub.

Britaniya kəşfiyyatı hesab edir ki,  Ukrayna qüvvələri öz növbəsində mövcud planlara uyğun olaraq geri çəkilib.

"Ukraynanın nəzarətində olan Severodonetsk-Lısiçansk əraziləri Rusiya ordusunun üç tərəfdən hücum edə biləcəyi bir ərazi idi.  İndi Ukrayna qüvvələrinin müdafiə üçün daha münasib cəbhə xəttinə çəkilə bilməsi üçün real ehtimal var",- deyə Britaniya Müdafiə Nazirliyinin analitikləri bildirib.

Xatıladaq ki, bir müddət əvvəl qeyd edilirdi ki,  Rusiya qoşunları Donetsk vilayətində Baxmut və Severskə hücum hazırlayır. Amma Lisiçansk uğrunda gedən döyüşlərdən sonra onların uğur qazanacağı ehtimalı azdır.

Çünki Ukrayna Silahlı Qüvvələri ABŞ-ın təqdim etdiyi HİMARS sistemlərinin köməyi ilə düşmənin hərbi infrastrukturuna hücumlar edir. Lisiçanskdan geri çəkilən Ukrayna qüvvələri əslində indi daha əlverişli müdafiə mövqeyi qura biliblər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »