Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Rusiyanın Ukraynadan taxıl oğurlaması faktını araşdırır
Türkiyə Rusiyanın Ukraynadan taxıl oğurlaması faktını araşdırır

Türkiyə Ukraynanın tələbi ilə Berdyansk istiqamətindən Rusiya bayrağı altında taxıl daşıyan “Jibek Joli ” gəmisini saxlayıb və yükün mənşəyini araşdırır. Rəsmi Kiyev hesab edir ki, gəmi Ukrayna taxılının qanunsuz ixracında iştirak edir.

Bizimyol.info xəbər verir ki, bu barədə Bloomberg Türkiyə rəsmilərinə istinad edib. Belə ki, son məlumata görə, hazırda yerli hakimiyyət orqanları tərəfindən saxlanılan yük gəmisi Türkiyənin Karasu limanında lövbərdədir. Türkiyə taxılın mənşəyini və gəminin gedişatını öyrənir, gəmi isə, yan almayıb, yükü boşaltmayıb və gözləyir.

Bloomberg-in məlumatına görə, Türkiyə Ukrayna limanlarından taxıl ixracı ilə bağlı BMT, Rusiya və Ukrayna ilə danışıqların təşkilində iştirak etdiyi üçün yaranmış vəziyyətə ehtiyatla yanaşır. Bu səbbədən də danışıqların gələn həftə baş tutacağı gözlənilir. Xatırladaq ki, “Jibek Jolı” gəmisi iyulun 3-də saxlanılıb.

Gəmi tələb edilən icazənin olmadığı üçün  Sakarya limanına daxil ola bilməyib. Rusiya bayrağı altında üzən bu gəmi Qazaxıstanın “KTZ Express Shipping” şirkətinə məxsusdur. Bildirilib ki,  oktyabr ayından Rusiyanın “Green Line” şirkəti ilə bu ilin noyabr ayına qədər ekipajsız gəmi icarəyə götürmək barədə razılıq əldə edilib.

Qeyd edək ki,  Kiyev Ankaradan gəmini müsadirə etməyi xahiş edir. Ukrayna hakimiyyəti quru yük gəmisinin Ukrayna taxılının qeyri-qanuni şəkildə aparıdğını düşünür.

Ukrayna Baş Prokurorluğu Türkiyənin Ədliyyə Nazirliyinə müvafiq məktub yazıb və orada gəmiyə təxminən 7 min tona yaxın buğda yükləndiyini bildirib.

Rusiya Ukraynadan oğurladığı taxılı gəmiyə yükləyir Rusiya Ukraynadan oğurladığı taxılı gəmiyə yükləyir - Peykdən görüntü

Qeyd edək ki, Rusiya ordusunun Ukraynada evləri qarət etməsi ilə yanaşı, taxıl oğurlaması barədə də çoxsaylı faktlar qeydə alınıb. Bur müəddət əvvəl Rusiya gəmisinə Ukrayna taxılının yüklənməsi ilə bağlı peyk görüntüləri də yayılmışdı.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »