Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya yenidən "nüvə şantajı"nı gündəmə gətirir...
Rusiya yenidən "nüvə şantajı"nı gündəmə gətirir...

Rusiyanın Müdafiə Nazirliyinin tərkibində olan və nüvə partlayışlarına nəzarət edən əsas geofiziki monitorinq mərkəzi gecə-gündüz növbətçilik sisteminə keçib.

Məlumata görə, Kreml nüvə silahından istifadə təhlükəsini sınaqdan keçirmək qərarına gəlib. Bu qərarın kəskinləşməsi Rusiyanın Ukrayna ərazisini işğala başlamasından sonra  baş tutub.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, monitorinq mərkəzi iyunun 1-də açılıb. Amma Müdafiə Nazirliyinin Rusiya 12-ci Baş İdarəsinin tərkibinə daxil olan Xüsusi Nəzarət Xidmətinin struktur bölməsi bir ay sonra gecə-gündüz fəaliyyətə başlayıb. Monitorinq mərkəzinin işçilərinə dünyanın müxtəlif geosferlərində nüvə partlayışlarının qeydə alınması, eləcə də texnogen geofiziki pozuntuların mənbələrinin müəyyən edilməsi tapşırılıb.

Xatırladaq ki,  Qərb mediası 2022-ci ilin fevralında Rusiya qoşunlarının Ukraynaya müdaxiləsindən sonra Moskva ilə Qərb arasında münasibətlərin getdikcə gərginləşdiyini vurğulayır. Belə ki, təkcə Rusiya nümayəndələri deyil, ABŞ siyasətçiləri də açıq şəkildə nüvə müharibəsi riskindən danışırlar.

Bir müddət əvvəl isə Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, o NATO liderlərinin “aqressiv bəyanatlarına” görə ölkənin nüvə qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirir.

Rusiyanın rəsmi hərbi yerləşdirmə prinsipləri bu və ya digər növ kütləvi qırğın silahları Rusiya Federasiyasına qarşı istifadə edildikdə və ya ölkə "mövcudluğu üçün real təhlükə ilə üzləşirsə" nüvə silahının istifadəsinə icazə verir.

Xatrıladaq ki, bir müddət əvvəl Rusiya lideri Putin nüvə silahı ilə təhdid etmədiyini, lakin Rusiya Federasiyasının suverenliyinə təhlükə yaranarsa, ondan istifadə edəcəyini bildirib. Putinin sözlərinə görə, nüvə müharibəsi ilə bağlı şayiələrin yayılmasında başqa ölkələr günahkardır.

Belarus prezidenti Aleksandr Lukaşenko Kremli lazım gələrsə, nüvə silahından istifadə etməyə hazır olmağa çağırıb.

Qeyd edək ki, Putin Ukraynada gözləmədiyi müqavimətlə üzləşdikdən sonra Qərbin dəstəklədiyi Ukraynaya müharibəni uduza biləcəyini gördü və ardınca Ukraynaya hərbi dəstəyi əngəlləmək üçün dünyanı nüvə silhaı ilə şantaj etməyə başladı.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »