Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenkoya da təzyiq artırılır: Belarusa qarşı sanksiyalar genişlənib
Lukaşenkoya da təzyiq artırılır: Belarusa qarşı sanksiyalar genişlənib

Belarus prezidenti Aleksandr Lukaşenko rejimi Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qeyri-qanuni müdaxiləsini fəal şəkildə asanlaşdırmağa davam edir.

Məhz elə bu səbəbdən də Böyük Britaniya hökuməti Belarusa qarşı yeni sanksiyalar tətbiq etməyə başlayıb.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat verilib. Qeyd edilib ki, bu gündən etibarən Belarusa qarşı yeni iqtisadi, ticarət və nəqliyyat sanksiyaları tətbiq edilir.

Sanksiyalar paketinə təxminən 60 milyon funt sterlinq dəyərində malların idxalı və ixracına qoyulan qadağalar da daxil olmaqla yanaşı, Rusiyaya qarşı tətbiq edilən bəzi mühüm məhdudiyyətləri Belarusa da şamil edir.

Yeni sanksiyalar paketinə, neft emalı məhsullarının ixracı, kvant hesablamalarında istifadə olunanlara bənzər qabaqcıl texnologiya komponentlərinin ixracı, dəbdəbəli malların, o cümlədən Britaniya incəsənət və dizayner çantalarının ixracı, Belarusdan dəmir və polad idxalı və s. daxildir.

Eyni zamanda Böyük Britaniya hökuməti daha çox Belarus şirkətlərinin Londonda borc və qiymətli kağızlar buraxmasını qadağan etməklə, Belarusun Böyük Britaniyanın dünya səviyyəli maliyyə xidmətləri sektoruna çıxışını məhdudlaşdırır.

Yeni sanksiyalar paketinə  Böyük Britaniya hökumətinin Belarusa qarşı tətbiq etdiyi geniş miqyaslı məhdudiyyətlərə, o cümlədən Belarus mənşəli bir sıra mallara tariflərin 35 faiz artırılması, habelə Lukaşenkoya və yüksək vəzifəli dövlət məmurlara qarşı insan hüquqlarının davamlı pozulmasına və demokratiyaya zərbə vurduğuna görə, məhdudiyyətlər daxildir.

Qeyd edək ki, Lukaşenko Ukraynaya qarşı müharibəyə birbaşa qoşulmağa cəsarət etməsə də, Rusiyaya dəstək verməyə davam edir. Müharibənin ilk günlərində Rusiya qoşunları Kiyevə məhz Belarus ərazisindən yaxınlaşmışdı. Hazırda Belarusda vəziyyət Lukaşenko üçün yaxşı deyil. O, yaxşı başa düşür ki, Putin hakimiyyətinin sonu onun da sonu deməkdir. Ona görə də Putin hakimiyyətinin ömrünü uzatmaq üçün əlindən gələni edir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »