Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş Prokurorluq Bakıda yaşayış binasının liftinin qırılması ilə bağlı məlumat yayıb
Baş Prokurorluq Bakıda yaşayış binasının liftinin qırılması ilə bağlı məlumat yayıb

Baş Prokurorluq Bakıda yaşayış binasının lifti qırılması ilə bağlı məlumat yayıb.

"Bizimyol.info" bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, iyulun 4-ü paytaxtın Nərimanov rayonu Həsənoğlu küçəsi, ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.

Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »