Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Boris Conson Ərdoğana Ukrayna məsələsində göstərdiyi səylərə görə təşəkkür edib
Boris Conson Ərdoğana Ukrayna məsələsində göstərdiyi səylərə görə təşəkkür edib

Böyük Britaniyanın Baş naziri Boris Conson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ukrayna məsələsində göstərdiyi səylərə görə təşəkkür edib.

"Report" xəbər verir ki, parlamentdə çıxış edən Baş nazir qeyd edib ki, mövcud vəziyyətin həllində Türkiyənin rolu mühümdür və bu ölkə mümkün olan hər şeyi edir.

"Britaniya minalardan təmizləmə imkanları, eləcə də taxıl ixracında gəmilər üçün sığorta imkanları təklif edirik", - Conson deyib.

Onun sözlərinə görə, Bosfor boğazından istifadə etmək mümkün deyilsə, Ukraynadan taxıl ixracının alternativ yollarını araşdırmaq lazımdır.

Son xəbərlər
Bütün xəbərlər »