Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ müharibə başlayandan Ukraynaya 6,2 mlrd. avro maliyyə dəstəyi ayırıb
Aİ müharibə başlayandan Ukraynaya 6,2 mlrd. avro maliyyə dəstəyi ayırıb

“Kremlin məqsədi Ukraynanı hərbi, siyasi və iqtisadi cəhətdən məhv etməkdir”.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen İsveçrənin Luqano şəhərində Ukraynanın Bərpası Konfransında çıxışı zamanı deyib.

“Onlar Ukraynanın bir dövlət kimi mövcudluğunu sarsıtmaq istəyirlər. Biz buna imkan verə bilmərik və imkan verməyəcəyik”, - o vurğulayıb.

Ursula von der Leyen qeyd edib ki, müharibə başlayandan bəri Avropa İttifaqı Ukrayna üçün 6,2 milyard avroya yaxın maliyyə dəstəyi ayırıb və daha çox dəstək verməyə davam edəcək.

“Biz orta və uzunmüddətli yenidənqurma ilə əsaslı şəkildə məşğul olacağıq”, Avropa Komissiyasının Prezidenti əlavə edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »