Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İngiltərədə bahalaşma: Məktəblərdə ət yeməkləri siyahıdan çıxarılıb
İngiltərədə bahalaşma: Məktəblərdə ət yeməkləri siyahıdan çıxarılıb

İngiltərədə ərzaq qiymətlərinin artması səbəbindən bəzi məktəblərin yemək menülərindən ət yeməkləri çıxarılıb. Yaşayış minimumuna daxil olan kartof kimi əsas əlavələrin də qiyməti artıb.

Bizimyol.info xəbər verir ki, qiymət artımı ilə əlaqədar bəzi məktəblərdə xaricdən gətirilən ucuz ət məhsullarına üstünlük veriləcək, yeməklərdə isə tərəvəz və meyvələrin siyahısına dəyişiklik ediləcək.

İngiltərə və Uelsdəki məktəbləri təmin edən şirkətlər birliyi olan “Laca” BBC-yə bildirib ki, məktəb yeməklərinin keyfiyyəti aşağı düşməyə başlayır və bu, uşaqların adekvat qidalanmasına təhlükə yaradır.

Böyük Britaniyada hökumət qida tədarükü şirkətləri üçün təşviqat işini artırıb ki, azyaşlı uşaqlar pulsuz yeməklərdən həzz almağa davam etsinlər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »