Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə ordusu və polisi iyun ayında 142 terroçunu məhv edib
Türkiyə ordusu və polisi iyun ayında 142 terroçunu məhv edib

Daxili İşlər Nazirinin müavini və Nazirliyin sözçüsü İsmail Çataklı iyun ayında keçirilən terror əməliyyatlarında 142 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, İsmayıl Çataklı nazirliyin iyun ayındaki fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirib. Çataklı terror təşkilatı PKK-ya qarşı kəndlərdə 8-i böyük, 61-i orta olmaqla ümumilikdə 12.654, şəhərlərdə fəaliyyət göstərən bütün terror təşkilatlarının özək qurumları və və əməkdaşlarına qarşı isə 1421 əməliyyatın həyata keçirildiyini bildirib.

1 boz, 2 narıncı və 2 mavi kateqoriyada axtarışda olan terrorçular da daxil olmaqla ümumilikdə 142 terrorçu zərərsizləşdirilib. Bundan başqa terror təşkilatlarına yardım edən 2 min 791 şübhəli və terror təşkilatlarına aidiyyəti hesab edilən 405 nəfər saxlanılıb. Bütün terror əməliyyatları nəticəsində iyun ayında 93 sığınacaq və mağara yararsız hala salınıb. 59 silah, 21 mina və əldəqayırma partlayıcı, 122 əl qumbarası, 580 kilo partlayıcı, 7893 müxtəlif sursat ələ keçirilib. Bütün bunlarla yanaşı, ümumilikdə 16 terror aktının qarşısı alınıb”,- deyə o bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »