Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Moskva”da həlak olan matrosun anası “qan pulu”nu götürərək qaçıb
“Moskva”da həlak olan matrosun anası “qan pulu”nu götürərək qaçıb

“Moskva”nın vurulmasını Ukraynadakı müharibədə dönmə nöqtəsi adlandırmaq olar. Məhz kreyserin sulara qərq olmasından sonra Rusiya ordusunun işləri pis getməyə başladı. Ukrayna silahlı qüvvələrində qələbəyə gerçək inam yarandı.

Bizimyol.info xəbər verir ki, “Moskva”da həlak olan matrosun anası “qan pulu”nu götürərək qaçıb. Yeqor Şkrebetsin atası sosial mediada bu haqda yazıb. Dmitri Şkrebets həyat yoldaşının 7 milyon rublu (100 min dollardan çox) vəsaiti götürərək qaçdığını iddia edib.

Məsələnin maraqlı tərəfləri çoxdur. Birincisi, ailə oğullarının ölümünü hamıdan əvvəl ictimailəşdirməklə tanınmışdı. Onda Kreml “Moskva”nın Ukrayna silahlı qüvvələrinin dəqiq həmləsindən sonra sulara qərq olduğunu boynuna almırdı. Şkrebetslər dərhal mətbuata çıxmışdı, məsələni gündəmdə saxlamışdı. Sonradan Rusiya Müdafiə Nazirliyi faktı təsdiqləməli olmuşdu. Amma hələ də suda batanların ölümü rəsmi qəbul edilmir. Nazirlik əksəriyyəti itkin kimi qeydə alıb.

Dmitri Şkrebets 19 yaşlı oğlunun ölümündən sonra xeyli təhdid xarakterli mesajlar aldığını bildirirdi. Həyat yoldaşının yoxa çıxdığı ilk gün də həmin hadisəyə görə cəzalandırıldıqlarını düşünürdü. Ər Daxili İşlər Nazirliyinin qaynar xəttinə məlumat verib. Şkrebets hətta bilərəkdən həyat yoldaşının axtarmadıqlarını, qadının oğurlana biləcəyini yazmışdı. Lakin pulların yerində olması hər şeyə aydınlıq gətirib. Dmitri Şkrebetsdə həyat yoldaşının pulları götürüb qaçdığına əminlik yaranıb.

“Moskva” batanda matrosun atası qəzəbindən özünə yer tapmırdı. Dmitri Şkrebets Rusiya dövlət başçısı Vladimir Putini aqressor adlandırmaqdan çəkinməmişdi. Buna baxmayaraq, ata Ukraynanı müstəqilliyinə şübhə ilə yanaşdığını demişdi. Şkrebets qonşu ölkəyə qarşı döyüşməyə hazır olduğunu dilə gətirmişdi. Ailənin kəskin etirazı Yeqorun ölümünə görə kompensasiya almaq imkanı yaratmışdı.

Rusiyanın üçüncü ən böyük gəmisi Ukraynanın “Neptun” raket kompleksi ilə vurulmuşdu. Aprelin 14-də batan kreyserdə 28 nəfərin həyatını itirdiyi ehtimal olunur. Kreml yalnız 1 matrosun ölümünü təsdiqləyir. Qalanları itkin hesab olunur.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »