Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yayda dəridə ləkələr necə əmələ gəlir və nə etməli?..
Yayda dəridə ləkələr necə əmələ gəlir və nə etməli?..

Yay aylarında dəri daha çox həssaslaşır, qırışır, quruyur, qabıq verir. Buna görə də, yayda dəriyə qulluq qışla müqayisədə daha fərqli olur.

Kosmetoloq Nurlanə Əhmədova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yayda dəri daha çox çirklənməyə məruz qalır. Çünki isti hava toz , yağlı dəridə məsamələri açır .Buna görə dərinin gündəlik təmizliyinə xüsusi diqqət lazimdır.Bunun uçun xüsusi təmizləyici gel və köpükdən ist etmək lazımdır.

Kosmetoloq Nurlanə Əhmədova Nurlanə Əhmədova

“Dərini sabunla yumaq olmaz çunki dərini qurudur və PH balansını pozur .Təmizləmədən sonra isə məmləndirici krem çəkmək lazımdır. Həftədə 1 dəfə üzü skrab və ya qammajla ölü hüceyrələrdən təmizləmək vacibdir”,- deyən kosmetoloq qeyd edir ki, yay aylarında qidalandırıcı kremlərdən istifadə etmək olmaz. Günəş altında çıxmamışdan öncə, mütləq mütləq SPF kremi yəni günəşdən qoruyucu krem çəkilməlidir.

“Yayda günəş şüaları quru dərini daha da qurudur və dəridə ləkələr əmələ gəlir . Saat 11 və 17 arası mümkün olduqca çölə çıxmamaq və çıxanda Spf və gün eynəkləri istifadə etmək lazımdır . Gün ərzində 2 litrə qədər su içmək lazımdır ki, dərinin qurumasının minimuma endirək . Günəş şüaları dəridə qırışlar və fotoqocalma əlamətləri əmələ gətirir. Yayda makiyaj yüngül olmalıdır. Axşam makiyajı kosmetik südlə təmizləyib, toniklə silmək lazımdır.

Ağır tonal kremlərdən istifadə etmək olmaz. Tərkibində SPF olan pudra istifadə etmək məsləhət görülür”,- deyə kosmetoloq bildirib.

Onun sözlərinə görə, qışdan çıxan orqanizm vitaminsizləşir. Bu səbəbdən də dəri solğunlşaır, təravətini itirir. Meyvələrin tərkibindəki vitaminlər dəriyə antioksidant təsir edir yəni dərini və eyni zamanda orqanizmi qorumağa kömək edir. Yayda havalar çox isti olduğu üçün, çirklənmə çox olduğu üçün dərinin təmizlənmə proseduruna çox ehtiyacı olur. Ancaq təmizləmə prosedurunu ehtiyyatlı şəkildə aparmaq lazımdır.

Prosedurdan sonra dəriyə məsamə bağlayıcı və sakitləşdirici maska qoyulmalı və dəri soyudulmalıdır ki, məsamələr yox olsun. Kometoloq bildirir ki, yay aylarında dəridə foto qocalma prosesləri daha sürətli inkişaf edir. Günəş şüaları dərini qurudur. Bu zaman biorevitalizasiya etmək daha çox önəmlidir.

Bu prosedür dəriyə antioksidant təsir göstərir. Yəni dərini günəşin ultrabənövşeyi üşalarından qoruyur və dəridə dözümlülük yaradır. Bununla yanaşı dərini dərindən nəmləndirərək, dəridə olan quruluğu aradan qaldırır.

Qadınların istifadə etdiyi kosmetik vasitələr üst qaldığı üçün dərinin dərin qatlaırna nüfuz edə bilmir. Lakin prosedür zamanı dərnin orta qatına yedirilən geoliron turşusu dərini nəmləndiir, dəridə olan boşalmanı aradan qaldırı, liftinq edir və dərini bərkidir, dərini tərvatləndirir.

Eyni zamanda məsaməli yağlı dəriyə də tətbiq etmək mümkündür. Bu zaman dərinin hədsiz yağlanmasının qarşısını alır və dərinin PH balansını normaya salır. Dəridə olan fotoqocalma əlamətlərini, dəridə olan kiçik mimik qırışları hamarlayır, dərinləşməsinin qarşısını alır və dəriyə dolğunluq bəxş edir.

Arıqlama və kökəlmə prosesindən sonra dəridə boşalma varsa bu prosedur dəriyə liftinq verir və dolğunlaşdırır. Bu prosedur dəridə yaşlanma prosesini ləngidir və dəri uzun müddət gəng görünüşünü saxlaya bilir.

“Yay aylarında üzümüzün mimik qırışları arta bilər. Əgər dəridə mimik qırışlar çoxdursa, botoks etdirmək mümkündür”-deyə kosmetoloq bildirib. Qısacası yay aylarında üzünüzün qocalmasını istəmirsinizsə, kosmetoloqunuzla məsləhətləşərək, etiyac olan prosedurları həyata keçirməlisiniz.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »