Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Rusiyanın Ukraynadan oğurladığı taxılı müsadirə edəcəkmi...
Türkiyə Rusiyanın Ukraynadan oğurladığı taxılı müsadirə edəcəkmi...

Türkiyə Ukraynadan oğurlanmış taxılla dolu Rusiyanın “Jibek Jolı” yük gəmisini saxlayıb. Gəmi yükləri müvəqqəti işğal olunmuş Berdyanskdan gətirib. Buna görə də Ukrayna gözləyir ki, Türkiyə yükdaşıma gəmisini həbs etməklə yanaşı, onun daşıdığı əmlakı da müsadirə edəcək.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə telemarafonun efirində Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar məlumat verib. Onun sözlərinə görə, gəminin taleyi ilə bağlı qərar bu gün veriləcək. Qeyd edək ki, gəmi yuridik olaraq Qazaxıstana məxsusdur. Amma Rusiyanın sərəncamındadır.

"Gəmi limanın girişinin düz qarşısında dayanıb. O, Türkiyə gömrük orqanları tərəfindən saxlanılıb. Bu gün iclas keçiriləcək və gəminin gələcək taleyi ilə bağlı qərar veriləcək. Sorğumuz yerinə yetirilib. Ümid edirik ki, gəmi həbs olunacaq, əmlakı müsadirə olunacaq və bunda əli olan hər kəs cavab verəcək”,- deyə Bodnar qeyd edib.

Bodnar bildirib ki, gəmi ətrafında vəziyyət tamamilə fərqlidir. Çünki bu, Rusiya Federasiyasının Berdyansk limanından oğurlanmış Ukrayna taxılını çıxarmağa çalışdığı ilk hadisə idi. "Bu, qeyri-qanuni hərəkətdir. Böyük həyasızlıqdır. Və təbii ki, bu, müvəqqəti işğal olunmuş limanlardan Ukrayna əmlakını ixrac etmək üçün dəhlizdən keçmək cəhdidir",- deyə səfir vurğulayıb.

Xatırladaq ki, Rusiya Berdyansk limanını iyunun sonunda “açıblar”. “İlk gəmi “dost” ölkələrə , Suriayaya 7 min ton taxıl daşıyıb. Quru yük gəmisinin təhlükəsizliyini Qara Dəniz Donanmasının Novorossiysk hərbi-dəniz bazasının gəmiləri və katerləri təmin edir. Berdyansk körfəzi və liman özü də tam təhlükəsizdir”,- deyə qondarma “Zaporojye vilayətinin hərbi-Mülki Administrasiyasının rəhbəri” Yevgeni Balitski bildirib.

Bir müddət əvvəl qeyd edilirdi ki, Krımda Rusiya Xerson vilayətindən talan edilmiş kənd təsərrüfatı məhsullarının daşınması üçün baza tikməyi planlaşdırırlar. Daha əvvəl Ukraynada talan edilən taxılın Rusiya gəmilərinə yüklənməsini əks etdirən peyk görüntüləri yayımlanmışdı.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »