Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lisiçansk şəhərindən sonra Rusiyanın növbəti hədəfi bəlli olub
Lisiçansk şəhərindən sonra Rusiyanın növbəti hədəfi bəlli olub

Rusiya qoşunları Lisiçansk şəhərini ələ keçirdikdən sonra növbəti böyük toqquşmanın Donetskdən 70 kilometr qərbdə Slavyanskda baş verəcəyi gözlənilir. Hər iki tərəf böyük müharibəyə hazırlığa başlasa da, şəhərdə mövcud vəziyyət Ukrayna üçün şərtləri çətinləşdirir.

Bizimyol.info xəbər verir ki, Rusiya Ukraynanın “son qala” adlandırdığı Lisiçansk şəhərini ələ keçirdikdən sonra bütün gözlər Donbas bölgəsinə çevrilib.

Lisiçansk şəhəri Rusiyanın aylardır nəzarətdə saxlamağa çalışdığı Donbas bölgəsinin mühüm bir hissəsi idi və Luqanskda Ukraynanın əlində qalan son yer idi. Şəhərin süqutu ilə Rusiya bölgədə ciddi üstünlük əldə edib, Ukrayna prezidenti Zelenski isə şəhəri geri alacağına söz verib.

Həm Rusiya, həm də Ukrayna bütün qüvvələrini bölgəyə səfərbər edərkən, növbəti böyük münaqişənin baş verəcəyi ünvan da bəlli olub. Associated Press-ə danışan, təhlükəsizlik səbəbiylə adını açıqlamayan ukraynalı hərbçi, "hər kəs növbəti böyük müharibənin Slavyanskda olacağını bilir",- deyə bildirib.

Slavyansk meri Vadim Lyax şəhərin artıq raket hücumlarına məruz qaldığını bildirərək Rusiya ordusunun şəhərə etdiyi bombalı hücumda 6 nəfərin öldüyünü, şəhərdə isə 15 ayrı yanğının baş verdiyini açıqlayıb.

Ukraynalı əsgərlərin hazırlıqlara başladığı öyrənilib. AP-yə danışan əsgərlərdən biri Rusiya Ordusunun şəhərə sürətlə irəlilədiyini və silahlarının kifayət qədər olmadığını bildirib.

Bildirilir ki, Donetskdən 70 kilometr qərbdə yerləşən Slavyanskda müharibə Ukrayna üçün asan olmayacaq. Səbəbini anlamaq üçün 8 il geriyə nəzər salmaq lazımdır. Belə ki, Slovyansk 2014-cü ildə rus qoşunları tərəfindən ələ keçirilib və 3 aylıq mübarizədən sonra azad edilib. Bu prosesdə baş verən qarşıdurmalar və saysız-hesabsız qətllər yerli əhalini yorurdu.

Şəhər əhalisinin böyük bir hissəsi, xüsusən də yaşlılar hələ də Rusiyaya rəğbət bəsləyirlər. Ukrayna ordusuna və hökumətinə qarşı inamsızlıq o qədər ciddiləşib ki, hətta son böyük hücumların arxasında Ukraynanın olduğunu iddia edənlər də var.

Bildirilir ki, Rusiya qoşunları bölgədə addım-addım irəlilədikcə hücumlar güclənir. Hazırda şəhərin bombardmanının gündə ən azı 4-5 dəfə baş verdiyini vurğulayan mer Lyax ötən həftə kaset bombalarından istifadə olunduğunu açıqlayıb.

Hərbi analitiklər bölgəyə təcili hərbi yardıma ehtiyac olduğunu vurğulayırlar.

Putin heç vaxt sübut göstərə bilməsə də, Ukraynanın ölkənin şərqində soyqırım törətdiyinə dair iddiaları çoxdan dilə gətirir.

Xatırladaq ki, fevralın 24-də müharibə başlayanda şərq ərazilərinin üçdə ikisi Ukraynanın nəzarəti altında idi. Qalanları 2014-cü il müharibəsindən bəri rusiyapərəstlər tərəfindən birtərəfli qaydada elan edilib; Rusiya tərəfindən dəstəklənən kiçik muxtar vilayətlər kimi mövcud idi. Müharibə başlamazdan bir neçə gün əvvəl Putin bu iki bölgənin hamısının Ukraynadan müstəqilliyi qəbul etdiyini açıqladı.

Əgər Rusiya bu regionların hər ikisini tamamilə ələ keçirsə, Putinə “uğur” əldə etmək üçün böyük imkan yaradacaq. Növbəti addım Donbasın ilhaqı olacaq. Necə ki, 2014-cü ildə Krımda mübahisəli və beynəlxalq aləmdə qəbul edilməyən referendum keçirdi.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »