Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir ölkə Rusiyanın aktivlərini müsadirə edib Ukraynaya verəcək
Daha bir ölkə Rusiyanın aktivlərini müsadirə edib Ukraynaya verəcək

Böyük Britaniya Kanadadan nümunə götürərək Rusiya vətəndaşlarının dondurulmuş aktivlərini müsadirə etməyi planlaşdırır. Müsadirə edildikdən sonra həmin aktivlərin Ukraynaya verilməsi nəzərdə tutulur.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Truss Luqanoda Ukraynanın bərpasına dair konfransda danışıb. “The Guardian” nəşri qeyd edir ki, Truss bu kimi bəyanatları daha əvvəllər də səsləndirilib.

"Mən bu konsepsiyanı dəstəkləyirəm. Biz bu məsələni çox diqqətlə araşdırırıq. Kanadalılar faktiki olaraq bu qərarı veriblər. Hazırda bu, Daxili İşlər Nazirliyi və Xəzinədarlıq Nazirliyi ilə birlikdə üzərində işlədiyimiz məsələdir. Mən, əlbəttə ki, konsepsiya ilə razıyam. Sadəcə olaraq, biz onun spesifik xüsusiyyətlərini düzgün müəyyənləşdirməyə çalışırıq”,- deyə Truss bildirib.

O həmçinin qeyd eidb ki, Rusiya vətəndaşlarının Britaniyadakı aktivlərinin müsadirə edilməsi qanunverciliklə müəyyən ediləcək. Eyni zamanda ölkə hakimiyyəti başqa variantları da axtarır. Məsələnin hüquqi mexanizmi müəyəyn edildikdən sonra ələ keçirilən vəsaitlər ya zərərin əvəzi kimi fiziki şəxslərə, ya da Ukrayna dövlətinə verilə bilər.

Qeyd edək ki, Böyük Britaniya yalnız Rusiya aktivlərini 56 gün müddətinə dondura və eyni müddətə də bolklaya bilər. Bu müddət ərzində aktivin sahibi ondan faydalana bilməz.

Xatırladaq ki, bir müddət əvvəl Kanadada Rusiya aktivlərinin müsadirə edilməsi və onlardan Ukraynaya dəstək üçün istifadə imkanlarını nəzərdə tutan qanuna düzəlişlər artıq qüvvəyə minib.

Ukrayna Rusiyanın qızıl-valyuta ehtiyatlarından müharibədən zərər görən şəxslərə təzminat ödəmək üçün istifadəsinə icazə verən beynəlxalq müqavilə bağlamağı təklif edir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »