Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukraynaya ağ bayraq lazım deyil, silah lazımdır"
"Ukraynaya ağ bayraq lazım deyil, silah lazımdır"

Britaniyanın “The Times” qəzetində Ukraynanı əlverişsiz şərtlərlə sülhə sövq etməkdənsə, onu silahla dəstəkləməyə çağıran baş məqalə dərc edib.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, son zamanlar ayrı-ayrı şəxslər, xüsusilə ABŞ kəşfiyyatı və ictimaiyyəti açıq şəkildə Bayden adminstrasiyasını Ukrayna hökumətini Rusiya ilə “ərazi qarşılığında sülh” prinsipi əsasında danışıqlara sövq etməyə çağırırdı.

“Əsində isə Ukraynanın daha çox köməyə ehtiyacı var” deyə qeyd edən qəzet, sözügedən məqaləni Luqansk vilayətinin sonuncu azad şəhəri olan Lisiçanskdan Ukrayna qoşunlarının çıxarılmasına həsr edib.

Məqalədə qeyd edilir ki, təkcə yüksək əhval-ruhiyyə Ukrayna üçün kifayət deyil. Qərbin kütləvi dəstəyi olmadan Ukrayna silahlı qüvvələrinin Rusiyanın hücumlarına tab gətirməsi demək olar ki, mümkün deyil.

"Ukrayna demək olar ki, yüksək texnologiyalı silahlar üçün xarici hökumətlərin səxavətindən tamamilə asılıdır. Ukraynalılaırn fikrincə, müttəfiqlərdən silah tədarükləri qeyri-bərabərdir və bu proses çox ləng şəkildə həyata keçirilir. Ukrayna Rusiyanın irəliləyişini cilovlamaq üçün indi ən azı bəzi istiqamətlərdə mübarizə aparır”,- deyə məqalədə qeyd edilir.

“Ukrayna Silahlı Qüvvələri lazımı şəkildə dəstəklənərsə, o zaman onlar Rusiyanın hücumunu dayandırmaq qabiliyyətinə malik olar bilərlər” - "The Times" yazır.

Nəşrin məqaləsində deyilir ki, uzun müharibə olacaq və Ukraynanın müttəfiqləri itirilmiş mövqeləri geri qaytarmağın asan olacağı ilə bağlı illüziyaya qapılmamalıdırlar.

Amma buna baxmayaraq, ukraynalılar zəif mövqedən çıxış edərək sülh istəmirlər və buna məcbur edilməməlidirlər. “Onlara dərhal silah lazımdır, ağ bayraqlar yox”,- qəzet yazır.

Xatırladaq ki, bir müddət əvvəl Prezident Vladimir Zelenski söz verib ki, Ukrayna taktika və müasir silahlar sayəsində Lisiçanskı qaytaracaq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »