Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyanın uzaqmənzilli və dəqiq raketləri tükənib"
"Rusiyanın uzaqmənzilli və dəqiq raketləri tükənib"

Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibənin uğurla və tez nəticlənməsi üçün göstərdiyi təzyiq nəticəsində Rusiya Federasiyasının uzaqmənzilli raketləri tükənib.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, Avstriyalı hərbi ekspert Tom Kuper “YouTube” kanallarından birinin efirində bu barədə danışıb. O qeyd edib ki, son səkkiz il ərzində Rusiya Federasiyası bu raketlər üçün elektron sistemləri qaçaqmalçılıq yolu əldə edirmiş.

"Putinin Ukraynadakı müharibədə tez uğur qazanmaq üçün etdiyi təzyiqlər nəticəsində uzaq mənzilli raketləri bitib. Bu səbəbdən də indi bu raketləri başqa köhnə raketlərlə əvəz etməyə çalışrılar. Onların 500 kilometr və daha az uzaq mənzilli raketləri var. Və bu raketlərin dəqiqliyi də azdır",- deyə o əlavə edib. Onun sözlərinə görə, hazırda Rusiya tərəfinin istifadə etdiyi raketlər daha az dəqiqdir və hədəfdən 800 metrə qədər yayına bilər.

Xatırladaq ki, iyunun sonunda Tom Kuper Ukraynaya qarşı müharibə zamanı Rusiya qoşunlarının artıq 122 mm-lik artilleriya mərmilərinin çoxunu atdığını və bunun əvəzinə 152 mm-lik sursatdan istifadə etdiyini bildirmişdi. Bir müddət əvvəl isə qeyd edilirdi ki, Ukraynada ələ keçirilən Rusiyaya məxsus X-101 qanadlı raketlərində Amerika mikroçipləri aşkarlayıb.

Qeyd edək ki, Rusiyanın Ukrayna dövlətinə qarşı 2014-cü ildən başlayan təcavüzü səbəbilə ABŞ anti-Rusiya sanksiyaları tətbiq edib. Məhdudlaşdırcı tədbirlər müdafiə sahəsində əməkdaşlığa da aiddir. Bu il fevralın 24-də səhər tezdən Rusiya tərəfi Ukraynaya genişmiqyaslı müdaxiləyə başlayıb. Bunun qarşılığında isə Vaşinqton Moskvaya qarşı yeni sanksiyalar tətbiq edib.

Sanksiyalar nəticəsində Rusiyada bir çox istehsal sahələri dayanıb, yüz minlərlə iş yeri bağlanıb. Xaricdən alınan çiplərdən asılı vəziyyətdə olan sahələrdə istehsalın bərpası uzun illər ərzində mümkün olmayacaq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »