Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çin Tayvana hücum etmək qabiliyyətini təkmilləşdirir" - Müharibə gözləntisi
"Çin Tayvana hücum etmək qabiliyyətini təkmilləşdirir" - Müharibə gözləntisi

ABŞ Baş Qərargah rəisi Mark Milleydən diqqətçəkən Çin bəyanatı gəlib.

Bizimyol.info xəbər verir ki, dünyanın gözü və qulağı Ukrayna müharibəsindədir. Ancaq Ukraynadan minlərlə kilometr aralıda müharibə ehtimalı da var. Belə ki, Çin və Tayvan arasındakı gərginliyi azaltmaq mümkün deyil. Tayvan mümkün Çin işğalına qarşı hazırlıqlarını davam etdirərkən, ABŞ -dan diqqətəlayiq bir açıqlama gəlib.

ABŞ-ın Birləşmiş Qərargah rəisi Mark Milley bildirib ki, Çin Tayvana hücum etmək qabiliyyətini açıq şəkildə təkmilləşdirib. Qısa müddətdə hücum ehtimalını görmədiklərini ifadə edən Milley vəziyyəti yaxından izlədiklərini də sözlərinə əlavə edib.

Məlumat üçün bildirək ki, Çin Tayvanın müstəqilliyini tanımır və zərurət yaranarsa, silah gücü ilə Çinin bir hissəsinə çevrilməli olduğunu müdafiə edir. ABŞ-ı Tayvanın müstəqilliyini dəstəkləməkdə ittiham edən Çin belə bir təşəbbüsə sərt cavab verəcəklərini bəyan edir.

Çin və Tayvanın ən güclü müttəfiqi olan ABŞ arasında son zamanlar gərginlik artıb. Çin Tayvanın hava məkanı sərhədlərinə çoxlu sayda döyüş təyyarəsi göndərərkən, ABŞ donanmasını Tayvanın ərazi sularına yönəldib.

ABŞ prezidenti Co Bayden may ayında Çinin Tayvanın hava məkanını sınaqdan keçirərək "odla oynadığını" bildirmiş və adaya hücum ediləcəyi təqdirdə Tayvanı hərbi yolla müdafiə etməyə hazır olduqlarını bildirmişdi. Pekin isə ABŞ-ı Tayvanla bağlı vədlərinə əməl etməməkdə və Çinin daxili işlərinə qarışmaqda ittiham edir.

BBC-yə danışan Milley, "Prezident Si Tsinpin əvvəllər Çin Xalq Azadlıq Ordusuna Tayvana hücum etmək qabiliyyətinə nail olmaq əmrini vermişdi" deyib və əlavə edib: ”Hücum edib-etməyəcəyi siyasi qərardır. Çin bunun faydalarını, zərərlərini və xərclərini araşdıraraq qərar verəcək. Qısa müddətdə heç bir hücum əlaməti görmürük. Amma biz bölgəni çox yaxından izləyirik."

Bildirək ki, ABŞ-ın Tayvanla diplomatik əlaqələri yoxdur, lakin adaya silah satır. Çinlə diplomatik əlaqələri olan ABŞ da Çinin vahid hökumət tərəfindən idarə olunmasını diplomatik yolla qəbul edib.

ABŞ prezidenti Bayden, mümkün Çin işğalında Tayvanı hərbi yolla müdafiə edəcəyini söyləyib və ABŞ-ın Çinin Tayvanı zorla nəzarət altına almaq cəhdinə hərbi müdaxilə edib etməyəcəyi sualına, “bu, bizim öhdəliyimizdir”,-deyə cavab verib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »