Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Luqanskda “son qala” da yıxıldı, Zelenski iddialı açıqlama verdi
Luqanskda “son qala” da yıxıldı, Zelenski iddialı açıqlama verdi

Ukraynada müharibə tam sürətlə davam edərkən, şərq cəbhəsində “son qala” olaraq təyin olunan Lisiçansk Rusiyanın əlinə keçib. Ukrayna ordusu şəhərdən çəkildiyini təsdiqləyərkən Zelenski iddialı bəyanatla çıxış edib.

Bizimyol.info xəbər verir ki, dünyanın gözü və qulağı fevralın 24-dən Ukraynadan gələn xəbərlərdədir. Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə başlayan müharibə son vaxtlar Ukraynanın şərq vilayətlərində daha da şiddətlənib. Hər iki ordu bölgəyə nəzarət üçün bütün gücünü səfərbər edib. Qanlı toqquşmalara səhnə olan bölgədə alovlanma yaşanıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıqlamasında bildirib ki, Moskva qüvvələri Ukraynanın strateji şəhəri Lisiçanskı ələ keçirib və bütün Luqansk vilayətinə nəzarət edirlər.

Ukrayna Baş Qərargahının bəyanatında deyilir: “Lısıçansk uğrunda gedən gərgin döyüşlərdən sonra Ukrayna müdafiə qüvvələri öz mövqelərindən və xətlərindən geri çəkilməli olublar”.

Onu da bildirək ki, mövzu ilə bağlı ilk açıqlamanı Zelenski verib. Video mesaj yayımlayan Zelenski geri çəkildiklərini təsdiqləyib və şəhəri geri alacağına söz verib. Zelenski söz verib ki, Ukrayna qüvvələri “müasir silahların tədarükünü artırmaqla” şəhərə qayıdacaq.

Zelenski əlavə edib ki, Rusiya öz atəş gücünü Donbass cəbhəsində cəmləşdirir, lakin Ukrayna ABŞ-ın təchiz etdiyi HIMARS reaktiv yaylım atəşi sistemləri kimi uzaqmənzilli silahlarla cavab verəcək.

Xatırladaq ki, Putin heç vaxt sübut göstərə bilməsə də, Ukraynanın ölkənin şərqində soyqırım törətdiyinə dair iddiaları çoxdan dilə gətirir. Fevralın 24-də müharibə başlayanda şərq ərazilərinin üçdə ikisi Ukraynanın nəzarəti altında idi. Qalanları 2014-cü il müharibəsindən bəri rusiyapərəstlər tərəfindən birtərəfli qaydada müstəqil elan edilib; Rusiya tərəfindən dəstəklənən kiçik muxtar vilayətlər kimi mövcud idi. Müharibə başlamazdan bir neçə gün əvvəl Putin bu iki bölgənin Ukraynadan müstəqilliyi qəbul etdiyini açıqlamışdı.

Verilən məlumatlarda bildirilir ki, əgər Rusiya bu regionların hər ikisini tamamilə ələ keçirsə, Putinə “uğur” əldə etmək üçün böyük imkan yaradacaq. Növbəti addım Donbasın ilhaqı olacaq. Necə ki, 2014-cü ildə Krımda mübahisəli və beynəlxalq aləmdə qəbuledilməz referendum keçirdi...

Rusiyanın “kuklası” olan Luqansk vilayətinin rəhbəri artıq “gələcək referendum”dan danışmağa başlayıb. Təbii ki, hazırda müharibənin davam etdiyi regionda referendum və ya hər hansı səsvermə haqqında danışmaq olduqca qəribə görünür.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »