Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ konqresmenindən Türkiyə açıqlaması: "Əlimdən gələni edəcəyəm..."
ABŞ konqresmenindən Türkiyə açıqlaması: "Əlimdən gələni edəcəyəm..."

Türkiyə əleyhinə açıqlamaları ilə gündəmdə olan respublikaçı senator Lindsey Graham Türkiyə səfərindən sonra mühüm açıqlamalar verib.

Bizimyol.info xəbər verir ki, ABŞ senatoru Lindsey Graham bu həftə Türkiyəyə səfərindən sonra Ankara administrasiyası ilə F-16-nın satışı ilə bağlı danışıb.

Lindsey Graham Lindsey Graham

Daha əvvəl Türkiyə əleyhinə açıqlamaları ilə tanınan respublikaçı senator Lindsey Grahamın Türkiyəyə dönərkən F-16 satışına dəstək verən açıqlamaları diqqət çəkib. Sosial media hesabından paylaşım edən Graham F-16-nın Türkiyəyə satılması üçün əlindən gələni edəcəyini bildirib.

Graham paylaşımında “NATO üzvü və Amerikanın dəyərli müttəfiqi olan Türkiyəyə çox məhsuldar səfərim oldu. Münasibətlərimiz bəzən problemli olsa da, Türkiyə və ABŞ-ın xalqlarımız arasında əlaqələri gücləndirmək üçün addımlar atması mütləqdir”,- deyə bildirilib.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden ötən gün Türkiyə, İsveç və Finlandiyanın NATO üzvlüyünə yaşıl işıq yandırmasından sonra F-16 məsələsinin gündəmə gətirildiyinə dair iddiaları rədd edərək, bu həftə Konqresdən xoş xəbər gözlədiyini açıqlayıb.

"Bayden Administrasiyasının F-16-ları Türkiyə Hərbi Hava Qüvvələrinə satmaq qərarını dəstəkləmək üçün əlimdən gələni edəcəyəm. NATO müttəfiqlərimizin ixtiyarında olan bu döyüş təyyarələri sabitlik hissi yaradacaq və Türkiyə ordusuna ABŞ-ın milli təhlükəsizlik maraqlarına ciddi şəkildə uyğun gələn imkanlar verəcək”,- deyə Graham bildirib.

Lindsey Graham Türkiyəyə səfəri çərçivəsində Prezidentin mətbuat katibi İbrahim Kalınla da görüşüb.

Qeyd edək ki, noyabr ayında Türkiyə ABŞ-dan 40 yeni F-16 və mövcud F-16 üçün 80 modernləşdirmə dəsti almaq üçün müraciət edib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »