Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Xersonu almağa hazırlaşır: "Yerli sakinlər sadəcə, onları parçalayacaqlar"
Ukrayna Xersonu almağa hazırlaşır: "Yerli sakinlər sadəcə, onları parçalayacaqlar"

Ukrayna Rusiya qoşunlarını müharibənin ilk günlərində işğala məruz qalan Xerson vilayətindən çıxarmaq üçün əks hücuma hazırlaşır. Müdafiə qüvvələri artıq Xersona yaxınlaşıb. Lakin Xerson uğrunda döyüş çox çətin olacaq, çünki Rusiya Federasiyası şiddətli müqavimət göstərəcək.

Bizimyol.info Ukrayna mətbuatına istinadla  xəbər verir ki, bu barədə “The Economist” hərbçilərin və hərbi ekspertlərin rəylərinə istinadən yazır. Ekspertlər hesab edirlər ki,  Ukrayna qərbdən və şimaldan əks hücuma hazırlaşır. Və burada heç bir tərəf təslim olmayacaq.

Çünki  Xerson Krıma açılan qapı və  Rusiyanın müharibə başlayandan sonra fevralın 24-də ələ keçirə bildiyi yeganə regional paytaxtdır. Rusiyanın cənub strategiyası üçün eyni dərəcədə əhəmiyyətli olan Dnepr çayının sol sahilindəki qonşu Kaxovkanın işğalıdır. Çünki burada bənd ilhaq edilmiş yarımadanı su ilə təmin edir. Bununla yanaşı, rayon tərəvəz, meyvə və taxıl istehsal edən böyük kənd təsərrüfatı mərkəzidir. "Bu və digər səbəblərə görə Ukrayna onu geri qaytarmaq cəhdlərinə üstünlük verir. Ölkənin müdafiə qüvvələrinin artıq taktiki uğurları mövcuddur.

Hərbi kəşfiyyatçı bildirir ki,  Ukrayna birləşmələri  hazırda Xersonun kənarından snayper məsafəsində təxminən  1 kilometr uzaqdadır,”- deyə qəzet yazır. Hərbi ekspertlərin fikrincə, nə olursa, olsun, bu hələ tam gücü ilə əks-hücum kimi görünmür. Çünki Ukrayna hələ də işğalçıların şərqə davamlı irəliləyişini dayandırmağa diqqət ayırır.

Hazırda ukraynalıların sıxışdırdığı yerdə Rusiya ordusu sərt mübarizə aparırlar. Düşmən yerin altında da möhkəmləndirilmiş bunkerlər tikib. Ukrayna Silahlı Qüvvələri işğalçıları sıxışdırıb çıxarmaq istəyəndə onlar daha çox sayda geri dönürlər.

Vısokopolyedə işğalçıların cərgəsində xidmət edən ərazi müdafiəsinin əsgəri Sergey deyir ki, onların 10 nəfəri 100 nəfər olaraq geri qayıdır. Əsgərin sözlərinə görə, bir kənd bazası Rusiyanın dörd hava hücumundan müdafiə bölməsi tərəfindən müdafiə olunur. Bununla yanaşı,  Ukraynanın tapşırığını yerinə yetirməsinə işğaldan qaçmayan və Rusiya qoşunları tərəfindən canlı qalxan kimi istifadə edilən yerli sakinlər mane olur.

"Biz özümüzə atəş aça bilmərik",- deyən ukraynalı əsgər vurğulayıb ki, bəzi yerli sakinlər də düşmənlə əməkdaşlıq edir. Hər bir halda bölgə sakinləri Ukrayna Silahlı Qüvvələrinin əks-hücumları zamanı Rusiya ordusunun daha da qəddar olacağından çəkinirlər.

Çünki bundan bir müddət əvvəl  Davydov Brod kəndində Rusiya qoşunlarının mövqeləri ciddi hücuma məruz qaldığı zaman orada olan “LNR” silahlı bölmələri Rusiyanın özündən daha qəzəbli hərbçilərlə gücləndirilib. Ekspertlərin fikrincə, münasibət dəyişikliyi Ukraynanın əks-hücumunun güclənəcəyi təqdirdə, Xersonda nələrin baş verə biləcəyi barədə xəbərdarlıq rolunu oynayır.

Mayın sonlarında Xerson vilayətində kollaborativ quruma rəhbərlik etməsi tələb olunduqdan sonra Krivoy Roqa qaçan keçmiş məmur Rusiyanın ümumiyyətlə “yerliləri çox da narahat etməməyə” çalışdığını vurğulayıb. O bildirib ki, işğala qarşı mitinqlərdən sonra işağıçılar əhalini əməkdaşlığa cəlb etməyə  başlayıblar.

Amma vəziyyət dəyişsə və Rusiya qoşunları Xersondan çıxarılsa, yerli əhalinin qarşısını almaq mümkün olmayacaq.

"Rusiya hərbçiləri qəzəblənəcək və yerli əhaliyə hücum edəcəklər, lakin partizan müqaviməti də eyni dərəcədə şiddətli olacaq. Yerli sakinlər sadəcə olaraq, işğalçıları parçalayacaqlar",- deyə keçmiş məmur bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Ukrayna Silahlı Qüvvələrinin Xersonu tez bir zamanda azad edə biləcəyini deyərək bu barədə ətraflı açıqlama da verib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »