Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin kiçik bir şəhəri almaq üçün generalları niyə cəlb edibmiş?..
Putin kiçik bir şəhəri almaq üçün generalları niyə cəlb edibmiş?..

Amerika Müharibənin Öyrənilməsi İnstitutu (ISW) Lisiçansk şəhəri ələ keçirildikdən sonra Rusiya qoşunlarının Donbasın hansı şəhərlərinə hücum edəcəyini proqnozlaşdırıb. İnstitut eyni zamanda şəhərin ələ keçirilməsi əməliyyatına rəhbərlik edən Rusiya komandirlərinin adlarını da açıqlayıb.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə ISW məlumat yayıb. Məlumatda qeyd edilir ki, Rusiya qoşunları növbəti dəfə Severskə hücum edəcək. Amma bunun yerinə, eyni vaxtda Baxmut və ya Slavyanska daha əhəmiyyətli hücumlar təşkil oluna bilər.

Amerikalı analitiklərin fikrincə, Ukrayna qoşunları Slavyanskda Baxmutdan Debaltseveyə doğru uzanan E40 magistralına doğru  geri çəkilməni davam etdirəcəklər. “Onların Seversk ətrafını müdafiə edib etməyəckləri  məlum deyil”,- deyə analitiklər  qeyd edir.

Xülasədə bildirirlir ki, Lisiçansk ətrafında taktiki hərəkətlərə görə iki yüksək rütbəli Rusiya komandiri cavabdehdir. Onlardan biri Mərkəzi Hərbi Dairə komandanı general-polkovnik Aleksandr Lapin və Rusiya Aerokosmik Qüvvələrinin komandanı general Sergey Suvorikindir.

“Cəbhənin kiçik sektorunda eyni əməliyyatda iki belə yüksək rütbəli zabitin iştirakı diqqəttçəkən haldır.  Əlbəttə ki, bu Rusiya prezidenti Vladimir Putinin Lisiçansk və Luqansk vilayətinin sərhədlərinin təhlükəsizliyinə verdiyi önəmdən və kiçik  zabitlərə olan etimadsızlıqdan xəbər verir”,- deyə ISW-də bildirilib.

Xatırladaq ki, Lisiçansk uğrunda gedən ağır döyüşlərdən sonra Ukrayna Silahlı Qüvvələri öz mövqelərindən və döyüş xətlərindən geri çəkilməyə məcbur olub.

Qeyd edək ki, Lisiçansk Luqansk vilayətinin inzibati sərhədinə kifayət qədər yaxın yerləşir. Amma hazırda rayonun tam işğalından söhbət getmir. Qeyd etmək lazımdır ki, Rusiya işğalçıları bir neçə aydır ki, başqa istiqamətlərdən Donbasda öz qüvvələrini cəmləşdirirlər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »